SON XƏBƏRLƏR

Avroviziyada İsraili yəhudi-ərəb cütlüyü təmsil edə bilər

2021.10.20, 07:36
Avroviziyada İsraili yəhudi-ərəb cütlüyü təmsil edə bilər

Gunaz.tv
Avroviziyada İsraili yəhudi-ərəb cütlüyü təmsil edə bilər israil-felestin_dueti.jpg Hazırda münsiflər heyyəti daha əvvəl birlikdə mahnı oxuyan cütlüyü görüşdürməyə çalışırlar Moskvada keçiriləcək Avroviziya-2009 mahnı müsabiqəsində İsraili - yəhudi Noa ilə ərəb əsilli Mira Avardın birlikdə təmsil edəcəyi barədə xəbərlər yayılıb. net.co.il və NRG.co.il adlı veb saytların yaydığı məlumata görə, İsrailin Avroviziya münsiflər heyyəti əvvəlcə İsrail vətəndaşlığı olan ərəb əsilli amma xristian olan Avardı seçiblər. Qəzzaya qarşı başlayan hərbi əməliyyatdan sonra isə Avardı əsil adı Achinoam Nini olan Noa ilə birlikdə göndərmə fikri ortaya çıxıb. Hazırda münsiflər heyyəti daha əvvəl birlikdə mahnı oxuyan cütlüyü görüşdürməyə çalışırlar. Bu fikir isə etirazlarla qarşılanıb. Yüzlərlə israilli və fələstinli ziyalı iki ifaçıya məktub yazaraq “təbliğata alət olmayın, müsabiqədən çəkilin”, çağırışı ediblər. "İsrail hökuməti, yəhudilərlə ərəblərin birlikdə yaşaya biləcəyini göstərmək üçün, təbliğat maşınının bir parçası kimi sizin ikinizi Moskvaya göndərməyə çalışır". Məktubda belə deyilir. Noanın həftənin əvvəli yazdığı məktubda isə belə deyilirdi: “Ölkəm son illərdə çox xəta edib, amma fanatizm ortaq düşmənizmidir”. Ərəb əsilli ifaçı Avardın isə Qəzza əməliyyatına görə İsraili təmsil emtəkdən imtina etdiyi deyilir./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar