SON XƏBƏRLƏR

Dubayda qanlı 20 Yanvarı əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub

2021.10.20, 07:36
Dubayda qanlı 20 Yanvarı əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub

Gunaz.tv
Dubayda qanlı 20 Yanvarı əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub 2009-01-19_9599.jpg Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 20 Yanvar facisənin 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirib. Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərasimdə “Qanlı Yanvar”ı əsk etdirən fotoşəkillərdən ibarət sərgi də təşkil olunub və həmin faciəli gecədən çəkilmiş videogorüntülər izlənib, həlak olanların xatirəsi yad edilib. Tədbir iştirakçılarına 20 yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə hazırlanmış məlumat vərəqələri, “Erməni terroru” kitabı və Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” kitabı paylanıb. İsveçdə 20 Yanvar faciəsinin 19-cu ildönümünü birlikdə qeyd edən Azərbaycan diaspor təşkilatları qətliamla bağlı ingilis dilində hazırlanmış geniş bilgi toplusunu və fotoşəkilləri bu ölkənin parlamenti, Xarici İşlər Nazirliyi və beynəlxalq qurumların İsveçdəki nümayəndəliklərinə təqdim ediblər. İsveçdəki “Azərbaycan Naminə” Cəmiyyətin sədri Nadir Hollanbrandın verdiyi xəbərə görə, daha sonra diaspor fəallarımız bu ölkənin Sosial Demokrat, Xristian Demokrat Partiyalarını və indi hakimiyyətdə olan Moderat Partiyasını təmsil edən millət vəkilləri ilə görüşüblər. Görüşdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qətliam barədə ətraflı məlumat və fotoşəkillər isveçli deputatlara təqdim olunub. İndi İsveçdə yaşayan 20 Yanvar faciəsinin canlı şahidi Rüstəm Rüstəmov görüş iştirakçılarına o dəhşətli gecədə gördüklərini, faciə barədə təəssüratlarını danışıb. İsveçli siyasətçilər Azərbaycanın haqq səsinə dəstək verdiklərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar