SON XƏBƏRLƏR

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəliblər

2021.10.20, 07:36
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəliblər

Gunaz.tv
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəliblər hemsedirler.jpg Onlar bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaqlar ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakovun (Rusiya) regiona səfəri başlayıb. APA-nın məlumatına görə, həmsədrlər ilk olaraq Azərbaycana səfər ediblər. Onlar bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaqlar. Sabah isə Ermənistana səfər edəcək vasitəçilər rəsmi İrəvanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirəcəklər. Həmsədrlərin Dağlıq Qarabağa da səfəri gözlənilir. Qeyd edək ki, bu, həmsədrlərin 2009-cu ildə regiona ilk səfəridir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar