SON XƏBƏRLƏR

Avropa İttifaqı “Həmas”dan İsrail şəhərlərinin atəşə tutulmasını dayandırmağı tələb edib

2021.10.20, 07:36
Avropa İttifaqı “Həmas”dan İsrail şəhərlərinin atəşə tutulmasını dayandırmağı tələb edib

Gunaz.tv
Avropa İttifaqı “Həmas”dan İsrail şəhərlərinin atəşə tutulmasını dayandırmağı tələb edib picture.98.jpg İsraildən isə Qəzza zolağını blokadadan çıxarmaq tələb edilib Avropa İttifaqı “Həmas” hərəkatından İsrail şəhərlərinin atəşə tutulmasını dayandırmağı, İsraildən isə Qəzza zolağını blokadadan çıxarmağı tələb edib. Avropa İttifaqının tələbləri birliyin sədr ölkəsi Çexiya tərəfindən səsləndirilib. Qeyd edək ki, tərəflər son vaxta qədər atəşin dayandırılması barədə Avropa İttifaqı, BMT və bir sıra ölkələrin rəhbərləri tərəfindən irəli sürülən istənilən tələbi rədd edirdilər. Qeyd edək ki, İsrail 3 həftəlik hərbi əməliyyatdan sonra atəşi birtərəfli qaydada dayandırsa da, “Həmas” üzvləri mübarizəni dayandırmayıblar, onların tələbləri İsrail əsgərlərinin Qəzzadan çıxarılması və Qəzzanın blokadasına son qoyulmasıdır. Verilən məlumata görə, bu gün fələstinlilər Sderot şəhəri istiqamətində beş raket atıblar. Nəticədə heç kəs xəsarət almayıb. SAXAL isə (İsrail ordusu) öz növbəsində Qəzzanın şimalında “Həmas” döyüşçüləri ilə atışmaya girib. İsrail baş naziri Ehud Olmert isə qeyd edib ki, İsrail, Qəzzadakı əməliyyatın gələcək taleyini “Həmas”ın fəaliyyətini dəyərləndirərək qərar verəcək. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar