SON XƏBƏRLƏR

Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər yeni diaspor təşkilatı yaradıblar

2021.10.20, 07:36
Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər yeni diaspor təşkilatı yaradıblar

Gunaz.tv
Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gənclər yeni diaspor təşkilatı yaradıblar Almaniyada yeni diaspor təşkilatı-“Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi” təsis edilib. Birliyin yaranmasının məqsədi bir neçə ildir Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirmək, onlarla dostluq əlaqələri qurmaq və birgə layihələr həyata keçirməkdir, cümə günü Disaporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib. Yeni qurum həmçinin Almaniyada, əsasən də bu ölkənin universitetlərində Azərbaycan gecələri, müxtəlif elmi konfranslar və digər tədbirlər vasitəsilə Azərbaycanı, onun tarixini, adət-ənənələrini, mədəniyyətini və ən böyük problemi olan Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmağı nəzərdə tutub. Birliyin bir neçə şəhərdə bölmələri fəaliyyət göstərir. Təşkilatın sədri Frayberq Texniki Universitetində təhsili alan Samir Abbasovdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar