SON XƏBƏRLƏR

LİTVA PARLAMENTİNİN BİNASI YANDIRILDI

2021.10.20, 07:36
LİTVA PARLAMENTİNİN BİNASI YANDIRILDI

Gunaz.tv
LİTVA PARLAMENTİNİN BİNASI YANDIRILDI Vilnüsdə kütləvi ixtişaşlar davam edir Litvada hökumətin sosial güzəştləri ləğv etmək qərarından sonra başlayan etiraz aksiyaları paytaxt Vilnüsdə ciddi toqquşmalara səbəb olub. Polis və xüsusi xidmət orqanları qəzəblənmiş kütləyə qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Məlumatlara görə, toqquşmalar nəticəsində 20-yə yaxın aksiyaçı, 10 polis nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “İnterfaks”ın məlumatına görə, daş və yandırıcı butulka ilə silahlanmış gənclərdən ibarət dəstə Litva parlamentinin binasına soxulmaq istəyiblər. Onlar əllərindəki daşlarla Litva Seyminin (parlament) binasının şüşələrini qırıblar və içəri yandırıcı maye doldurulmuş butulkalar atıblar. Şahidlərin sözlərinə görə, parlamentin binasından güclü tüstü çıxdığı müşahidə olunub. Ölkənin polis komissarı Lizgidas Teliçenas deyib ki, kütləvi ixtişaşlar törətməkdə şübhəli bilinən 80 nəfər həbs edilib. Litva prezidenti bəyan edib ki, problemin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar