SON XƏBƏRLƏR

Nardaranlılar İsraillə əlaqələrin kəsilməsini istəyir . Qəsəbə sakinləri Corc Buşla Ehud Olmertin müqəvvalarını yandırıb

2021.10.20, 07:36
Nardaranlılar İsraillə əlaqələrin kəsilməsini istəyir . Qəsəbə sakinləri Corc Buşla Ehud Olmertin müqəvvalarını yandırıb

Gunaz.tv
Nardaranlılar İsraillə əlaqələrin kəsilməsini istəyir Qəsəbə sakinləri Corc Buşla Ehud Olmertin müqəvvalarını yandırıb Dünən Nardaran qəsəbəsindəki "İmam Hüseyn" meydanında İsrailin Fələstinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz aksiya keçirilib. Aksiyada əvvəlki mitinqlərdə olduğu kimi, "Amerika və İsrailə ölüm!", "Biz Qəzza ilə həmdərdik!", "ABŞ dünya müsəlmanlarına qənim kəsilib!" şüarları səsləndirilib. Nardaran sakini, İslam Partiyasının keçmiş sədri Hacı Hacıağa Nuri son vaxtlar Azərbaycan mətbuatında Nardaran əleyhinə təxribat və böhtan xarakterli materialların dərc olunduğunu bildirib. O, bunun məqsədli şəkildə edildiyini vurğulayıb: "Bunu edənlər yəhudilərə xidmət edirlər. Onlar Nardaranı Azərbaycanın ziyalıları, deputatları və hökuməti ilə üz-üzə qoymağa çalışırlar. Hətta bəzi mətbuat vasitələri Nardaranda keçirilən aksiyaları Şeyxülislam Allahşükür Paşazadənin adına bağlayırlar. Biz buna və ünvanımıza səslənən bütün böhtanlara etiraz edirik. Azərbaycanda referendum və bələdiyyə seçkiləri keçiriləcək. Nardaranlılardan kim istəsə, gedib səs verəcək". Kənd sakini Məşədi Mehman Məmmədov isə yanvarın 9-da qəsəbədə keçirilən aksiyada onun Azərbaycanda hərbi xidmətlə bağlı səsləndirdiyi fikirlərin düzgün başa düşülmədiyini bildirib: "Biz Azərbaycanı qorumağa hazırıq". Nardaran sakini Hacı Əli Hüseynov isə Azərbaycan xalqının fələstinlilərə dəstək verməli olduğunu deyib (APA). Hacı Hikmət Əliyev Qəzzada fələstinlilərin əziyyət çəkdiklərini deyərək, bu yaralılara yardımın vacibliyini nəzərə çatdırıb. O, azərbaycanlıların 1992-ci ildə Xocalı faciəsini yaşadığını xatırladaraq, buna görə insan əziyyətinin nə olduğunu bildiklərini deyib. Onun fikrincə, rəsmi Bakı Qəzzada baş verən insani faciəyə görə etirazını bildirməlidir. Kənd ağsaqqalı Məşədi İslama görə, Azərbaycan ABŞ və İsraillə diplomatik əlaqələrini kəsməli və hər iki dövlətin şirkətləri ölkədən çıxarmalıdır. O, eyni zamanda, bütün islam dövlətlərini bu iki dövlətlə əlaqələri kəsməyə çağırıb. İslam Partiyasının sədri Möhsün Mövsümzadə bir çox ictimai-siyasi qurumlarla danışıqlar apardıqlarını və birgə aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini bildirib ("Turan"). Sonda aksiyanın qətnaməsi qəbul olunub. Qətnamədə bildirilir ki, Nardaran sakinləri Fələstin əhalisi ilə həmrəydir. Mitinqdə ABŞ prezidenti Corc Buşun, İsrailin baş naziri Ehud Olmertin müqəvvaları, ABŞ və İsrailin dövlət bayraqları yandırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar