SON XƏBƏRLƏR

DEPUTAT BBC MÜXBİRLƏRİNİN İRANDA «MƏXMƏRİ İNQİLAB»a ÇALIŞDIĞINI DEYİB

2021.10.20, 07:36
DEPUTAT BBC MÜXBİRLƏRİNİN İRANDA «MƏXMƏRİ İNQİLAB»a ÇALIŞDIĞINI DEYİB

Gunaz.tv
DEPUTAT BBC MÜXBİRLƏRİNİN İRANDA «MƏXMƏRİ İNQİLAB»a ÇALIŞDIĞINI DEYİB th054530041.jpg İran parlamentinin deputatı, parlamentin milli təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Kərim Abidi bildirib ki, Tehranda həbs olunmuş BBC müxbirləri jurnalist adı altında «məxməri iqilab»a çalışırmışlar. Kərim Abidi «Media forum» saytının məlumatına görə, Kərim Abidi yanvarın 16-da mediaya açıqlamasında deyib: «Bu şəxslər jurnalist adı altında fəaliyyət göstərir və qüvvə toplamağa çalışıblar. Lakin bizim təhlükəsizlik orqanlarımızın ayıq-sayıqlığı nəticəsində həbs ediliblər». Deputat tutulan şəxslərin sayı və kimliyi barədə heç nə deməyib. O qeyd edib ki, dünyanın üç böyük xəfiyyə təşkilatı İrana zərbə vurmaq istəyir. Kərim Abidi bu sırada iki xəfiyyə qurumunun – İsrailin «Mossaad» təşkilatının və ABŞ kəşfiyyatının birgə fəaliyyət göstərdiyini bildirib. Yanvarın 14-də Tehran vaxtıyla saat 17-də BBC televiziyası farsca verilişlər yaymağa başlayıb. Verilişlərin yayımına bir neçə saat qalmış İranın təhlükəsizlik naziri Möhsüni Ejei jurnalistləmrə açıqlamasında BBC şəbəkəsinin ölkənin milli təhlükəsizliyinə zidd olduğunu və bu səbəbdən lazımı tədbirlər görəcəklərini bəyan edib. 2008-ci ildə dekabrın sonuncu ongünlüyündə İran mediası BBC radiosunun Tehran ofisində çalışan bir neçə britaniyalı müxbirin casusluqda günahlandırılaraq həbs edildiyi barədə xəbər yayıb. Xəbərdən iki gün sonra BBC radiosunun Tehran ofisi qapadılıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar