SON XƏBƏRLƏR

AB-nin sifarişi ilə həyata keçirilən kampaniya . Qurum

2021.10.20, 07:36
AB-nin sifarişi ilə həyata keçirilən kampaniya . Qurum

Gunaz.tv
AB-nin sifarişi ilə həyata keçirilən kampaniya Qurum "ermənilərdən üzr istəyənlər"ə küddi miqdarda pul verib Türkiyədə ermənilərdən üzr istəməklə bağlı internet kampaniyası təşkil edən şəxslərin Avropa Birliyinin sifarişi ilə bu addımı atdığı məlum olub. Türkiyədəki mənbələrdən APA-ya daxil olan məlumata görə, kampaniyanın aparılması üçün AB bu şəxslərə külli miqdarda pul verib. Bildirilir ki, əsas təşkilatçılar olan Helsinki Vətəndaş Assambleyasının Türkiyədəki təsisçiləri - professor Əhməd İnsəl, professor Xəlil Berktay, Bilgi Universitetinin müəllimi Murad Bəlgə, milliyyətcə kürd olan Şərafəddin Elçi, "Kanal D"-nın aparıcısı Mehmet Ali Birand və yazıçı Ədalət Ağaoğlunun hər birinə 107 min 414 avro, Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyindən professor İbrahim Kaboğluna 193 min 548 avro 73 sent, jurnalist Minə Kırıkkanata 70 min avro, Liberal Düşüncə Dərnəyindən professor Atilla Yaylaya 449 min 620 avro 40 sent, tanınmış kommunist Ərtoğrul Kürkçüyə 809 min 414 avro, "Mazlumder" dərnəyinə 81 min 735 avro 15 sent, ermənicə çıxan "Aqos" qəzetinin baş redaktoru Etyen Mahçupyana isə 1 milyon 32 min 921 avro 35 sent verilib. Onlar bu pulun müqabilində internetdə "Ermənilərdən üzr diləyirik" adlı kampaniya aparmalı və bu kampaniyaya imkan daxilində daha çox insan cəlb etməlidirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar