SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD ƏRƏB ÖLKƏLƏRİNİ İSRAİLLƏ ƏLAQƏLƏRİ DAYANDIRMAĞA ÇAĞIRIB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD ƏRƏB ÖLKƏLƏRİNİ İSRAİLLƏ ƏLAQƏLƏRİ DAYANDIRMAĞA ÇAĞIRIB

Gunaz.tv
ƏHMƏDİNEJAD ƏRƏB ÖLKƏLƏRİNİ İSRAİLLƏ ƏLAQƏLƏRİ DAYANDIRMAĞA ÇAĞIRIB İran prezidenti Mahmud Əhmədinejad Livan «Hizbullah»ına məxsus «Əl-Minar» telekanalına müsahibəsində ərəb ölkələrini İsraillə münasibətləri dayandırmağa çağırıb. th032924075.jpg Mahmud Əhmədinejad «Media forum» saytının məlumatına görə, Fələstin torpağı Qəzzadakı böhrana son qoymaq üçün ərəb ölkələrini İsrailə qarşı birgə təzyiqlərə çağıran Əhmədinejad deyib: «Ərəb ölkələri «Həmas»a təzyiq göstərməkdənsə, yaxşı olar, təzyiqləri Qəzzadakı zorakılıqlara son qoymaq məqsədilə İsrailə yönəltsinlər». Əhmədinejad Misir rəsmlərindən Qəzza zolağı ilə sərhədi açmağı tələb edib. İsrailin 2008-ci il dekabrın 27-dən Qəzzada «Həmas»a qarşı davam edən əməliyyatlarında 1050-dən çox fələstinli həlak olub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar