İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Bu nüfuzlu qurumun çökə biləcəyi ilə bağlı ehtimallar artmağa başlayıb Avropa Birliyi çətin durumdadır. Belə ki, bu nüfuzlu beynəlxalq qurumda vəziyyət ağırlaşmağa başlayıb. Hər halda, indi Avropa Birliyinin öz əvvəlki əzəmətini qoruyub saxladığını iddia etmək çox çətindir. Ən azından ona görə ki, Avropa Birliyinin üzləşdiyi xoşagəlməz situsiyanın hər ötən gün daha tünd rənglər almaqda olduğu açıq-aşkar müşahidə edilir. Ona görə də, bu nəhəng beynəlxalq qurumun qarşıya qoyduğu hədəflərə yaxın vaxtlarda çata biləcəyi hazırda o qədər də inandırıcı görünmür. Bu baxımdan, Avropa Birliyinin ideoloqlarının və strateqlərinin sözügedən qurumun gələcək taleyi ilə bağlı ciddi narahatlıq keçirtməsi qətiyyən təəccüblü deyil. Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyinin yaradılmasında və mövcudluğunda əsasən, iki önəmli faktor xüsusi rola malikdir. Onlardan birincisi, iqtisadi faktordur. Belə ki, Avropa Birliyinin yaradılmasında və fəaliyyətində iqtisadi məsələlər ətrafında daha əlverişli əməkdaşlıq, eləcə də yardımlaşma imkanlarının qazanılması niyyətləri əhəmiyyətli yer tutur. Xatırladaq ki, ötən əsrin 70-ci illərində bu qurumun əsası qoyularkən üzv dövlətlər gömrük sahəsində əməkdaşlığa xüsusi önəm verirdilər. Yəni, əsas hədəflərdən biri ilk növbədə üzv dövlətlər arasında daha sadə gömrük şərtləri əsasında ticarət əlaqələrinin qurulmasından ibarətiydi. Və cəmisi altı dövlətin təmsilçiliyi ilə məhdudlaşırdı. Ancaq sonralar, daha dəqiq desək, ötən əsrin axırlarına doğru Avropa Birliyi daha geniş tərkibli beynəlxalq quruma çevrilməyə başladı. Avropa Birliyinin belə sürətlə genişlənməsindəsə, ilk növbədə kömrük sahəsiylə məhdudlaşan əməkdaşlıq hədəflərinə iqtisadiyyatın bütün sahələrinin də daxil olunması xüsusi rol oynadı. Çünki Avropa Birliyinin ideoloqları bu qurumun əksər inkişaf etmiş Qərb dövlətlərinin maraqlarına cavab verən fəaliyyət hədəflərini müəyyənləşdirməyi bacardılar. Nəticədə, Avropa Birliyi öz üzvləri arasında vahid valyuta, şəffaf sərhədlər, ortaq vətəndaşlıq kimi önəmli məsələlər öz həllini tapdı. Və hətta Avropa Birliyinin nəhəng konfederativ dövlətə çevrilmə imkanları belə, açılmağa başladı. Hər halda, bu qurumun vahid Konstitusiyasının hazırlanması və vahid ordusunun yaradılması kimi ideyaların gündəmə gətirilməsi belə düşünməyə tamamilə əsas verir. Avropa Birliyinin yaradılmasında və mövcudluğunda xüsusi önəm daşıyan ikinci faktorsa, heç şübhəsiz ki, xristian təəssübkeşliyi ilə bağlıdır. Belə ki, bu qurumun üzvlərinin hamısı xristian dövlətləridir. Və Avropa qitəsinə aid edilən müsəlman mənşəli ölkələr bu qurumdan kənarda saxlanmaqdadır. Hətta Qərb dünyasının güvəndiyi əsas hərbi-siyasi təşkilat sayılan NATO-nun aparıcı dövlətlərindən sayılan nəhəng Türkiyə belə, Avropa Birliyinə yaxın buraxılmır. Halbuki rəsmi Ankaranın Türkiyənin bu quruma üzv qəbul edilməsi üçün Avropa Birliyinə ünvanladığı rəsmi müraciətin təqdim olunmasından 30 ilə yaxın vaxt keçib. Buna baxmayaraq, Avropa Birliyinin siyasi rəhbərliyi hər dəfə müxtəlif bəhanələrlə Türkiyənin bu qurumun üzvləri sırasına qatılmasının qarşısını almaqda davam edir. Bu müddət ərzindəsə, Avropa Birliyinə onlarla ölkə üzv qəbul olunub. Hətta keçmiş sosialist məkanından yenicə xilas olmuş və bütün sahələr üzrə inkişaf baxımından, Türkiyədən müqayisə edilməyəcək səviyyədə geri qalan Şərqi Avropa dövlətləri də artıq bu qurumun tərkibində özlərinə yer edə biliblər. Bu isə, Avropa Bimrliyinin xristian təəssübkeşliyi əsasında formalaşdırılmış qurum olduğunu birmənalı şəkildə təsdiqləyir. Ancaq son vaxtlar Avropa Birliyi daxilində də müəyyən problemlərin ortaya çıxmağa başladığı açıq-aşkar nəzərə çarpmaqdadır. Xüsusilə də, üzv dövlətlər arasında qarşılıqlı münasibətlərdə ziddiyyətlərin olduğu sezilir. Hətta Avropa Birliyində rəhbərliyin dəyişməsi də bu qurum daxilində narazılıqlara yol açıb. Belə ki, bu quruma rəhbərliyi Yunanıstandan qəbul etmiş Çexiyanın bəzi davranışları Avropa Birliyi daxilində qalmaqal yaradıb. Çünki Çexiya öz altıaylıq liderlik səlahiyyətlərini Yunanıstandan qəbul etmək ərəfəsində Avropa Birliyinə üzv olan 27 dövlətin hər birisini uyğun xarakterdə simvollaşdıran emblem hazırlayıb. Həmin emblemdə hətta bəzi Avropa Birliyi üzvləri ən kobud şəkildə təhqir edilib. Bu isə, Avropa Birliyinin digər üzvləri arasında kifayət qədər ciddi narazılıq yaradıb. Maraqlıdır ki, hazırda Avropa Birliyində əsasən, Çexiyanın öz müttəfiqlərinə "sürpriz"i xüsusi müzakirə mövzusuna çevrilib. Hətta bu qurumun bəzi üzvləri etirazlarını Çexiyaya rəsmi şəkildə bildirməkdən də özlərini saxlaya bilməyiblər. Halbuki hazırda Avropa Birliyinin bundan da önəmli problemlərinin mövcud olması qətiyyən şübhə doğurmur. Məsələ ondadır ki, indi dünyada qlobal maliyyə böhranı hökm sürməkdədir. Və bu qlobal maliyyə böhranı Avropa Birliyinə də öz mənfi təsirlərini göstərməyə başlayıb. Hər halda, bu quruma üzv olan bəzi inkişaf etmiş dövlətlərin iqtisadiyyatlarında sarsıntıların yaşanması açıq-aşkar nəzərə çarpır. Hətta onlardan bəziləri iqtisadiyyatın inkişafdan dayanaraq çökmə mərhələsinə qədəm qoyması təhlükəsiylə üzləşiblər. Və həmin dövlətlər bu çöküş prosesinin qarşısını almaqda açıq-aşkar çətinlik çəkirlər. Xüsusilə də, Avropanın nəhəng və əzəmətli bank sistemi dağılma prosesiylə üzləşib. Ona görə də, son vaxtlar Avropa Birliyi dövlətləri əsasən, bank sistemini dağılma prosesindən xilas etmək məqsədilə bütün mümkün imkanlardan yararlanmaq məcburiyyətində qalıblar. Düzdür, bu dövlətlər öz ehtiyat fondlarından bankların iflasdan yayındırılması üçün iriməbləğli maliyyə vəsaitləri ayırırlar. Ancaq buna baxmayaraq, hələlik həmin vəsaitlər mövcud situasiyanın stabilləşməsinə münbit şərait yaratmayıb. Əksinə, çöküş və dağılma prosesi daha da dərinləşməkdə davam edir. Avropa Birliyi isə, indiki qlobal maliyyə böhranı şəraitində əvvəllər olduğu kimi öz üzvlərinə yardım göstərə bilmir. Bu isə, istər-istəməz avro məkanına sarsıdıcı zərbələr vurmaqda davam edir. Təbii ki, bütün bunlar Avropa Birliyinin özünün ən ağır dönəmlərini yaşadığını göstərir. Düzdür, bəzi ekspertlər Avropa Birliyinin bu böhrandan hər halda çıxa biləcəyinə yönəlik ehtimallar irəli sürürlər. Ancaq onlarla yanaşı, Avropa Birliyinin gələcək taleyi ilə bağlı pessimist mülahizələr irəli sürənlər də kifayət qədərdir. Bununla, belə həmin ehtimal və mülvahizələrdən hansıların doğru çıxa biləcəyini indidən müəyyənləşdirmək qətiyyən mümkün deyil. Elçin XALİDBƏYLİ
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda