SON XƏBƏRLƏR

Bin Ladenin oğlu İrandan Pakistana qaçıb

2021.10.20, 07:36
Bin Ladenin oğlu İrandan Pakistana qaçıb

Gunaz.tv
Bin Ladenin oğlu İrandan Pakistana qaçıb bin-laden.jpg Üsamə bin Ladenin 2001-ci ildən İran ərazisində gizlənən oğullarından biri Pakistana keçib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Maykl Makkonel bildirib. Qeyd edək ki, Amerika artıq 7 ildir Saad bin Ladenin təhvil verilməsini tələb edir. Kiçik bin Laden İranda formal olaraq ev dustağı kimi saxlanılır. Amma Amerika kəşfiyyatı iddia edir ki, Saad “əl-Qaidə” terror təşkilatının fəaliyyətində iştirak etməyə davam edib. Məsələn, onun terrorçu təşkilatın üzvləri və İran hökuməti arasında vasitəçi kimi çıxış etdiyi bildirilir. Digər məlumata görə, Saad bin Laden təşkilatın İran şöbəsinin rəhbəri olub. ABŞ tərəfi terrorçunun oğlunun Pakistana keçməsi barədə danışarkən onun tutulması və ya öldürülməsi ehtimalının artdığını vurğulayıb: “İndi o, əlimizin çatdığı yerdədir. Pakistan terrorçuluqla mübarizədə ABŞ-ın müttəfiqidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar