SON XƏBƏRLƏR

Şəhidlər xiyabanı yenidən qurulur

2021.10.20, 07:36
Şəhidlər xiyabanı yenidən qurulur

Gunaz.tv
Şəhidlər xiyabanı yenidən qurulur shehidler-hiyabani13.jpg Ötən ilin noyabr ayından Quba şəhərində şəhidlər xiyabanının əsaslı şəkildə bərpasına başlanılıb. Aparılan yenidənqurma işləri yaxın günlərdə başa çatdırılacaq. 90-cı illərin ortalarında yaradılan, son illər ərzində isə təmir bərpa işlərinə ehtiyac yaranan Qubanın şəhidlər xiyabanında əsaslı dəyişikliklər aparılır. Layihəyə əsasən xiyabanda görüləcək işlərin əsas hissəsi artıq başa çatdırılıb. Belə ki, xiyabanda dəfn olunan 32 şəhidin sinə və baş daşları dəyişdirilib. Ərazidə yerləşən əvvəlki şəhidlər muzeyi sökülərək yerində daha böyük muzey tikilib. Böyük vətən müharibəsində həlak olanların şərəfinə şəhidlər xiyabanında ucaldılan xatirə abidəsi də yenidən qurulub. 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmağa gedərkən müəmalı şəkildə qəzaya uğrayan «İl-76» təyyarəsində həlak olan 12 nəfər Quba sakinlərinin xatirəsinə qoyulan abidə də yenidən bərpa edilib. Görülən bu işlərlə yanaşı şəhidlər xiyabanında «Ana fəryadı» abidə kompleksi də yaradılıb. Havaların qeyri sabit keçməsi ilə əlaqədar şəhidlər xiyabanının ərazisində yaşıllıqların salınması işlərinə yazda başlanılacaq. Torpaqlarımızın erməni işğalçılarından müdafiəsində Quba rayonundan 270 nəfər sakini qəhramancasına şəhid olub, 62 nəfər isə itkin düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar