SON XƏBƏRLƏR

BMT İsrailin "mümkün" hərbi cinayətlərinin araşdırılmasını istəyir

2021.10.20, 07:36
BMT İsrailin "mümkün" hərbi cinayətlərinin araşdırılmasını istəyir

Gunaz.tv
BMT İsrailin "mümkün" hərbi cinayətlərinin araşdırılmasını istəyir 20090117074847_45385118_gaza_tanks_203.jpg İsrail hərbiyyəsi gecə ərzində Qəzzaya 50 hava zərbəsi endirib. İsrail kabineti isə bu arada birtərəfli atəşkəs təklifinə dair səsverməyə hazırlaşır. Fələstinlilər tank mərmisinin Qəzzanın şimalındakı BMT məktəbinə düşərək, ən azı iki adamı öldürdüyünü xəbər verirlər. İsrail bu məlumatı araşdırdığını deyir. BMT-nin Yardım və Məşğuliyyət Agentliyi deyir ki, İsrailin son hərəkətləri, mümkün hərbi cinayətlər kimi təhqiq olunmalıdır. BMT-yə əsasən, beş və yeddi yaşlarında iki uşaq BMT məktəbində həlak olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar