SON XƏBƏRLƏR

Bakıda bina uçması nəticəsində 5 adamın öldüyü təsdiq olunub

2021.10.20, 07:36
Bakıda bina uçması nəticəsində 5 adamın öldüyü təsdiq olunub

Gunaz.tv
Bakıda bina uçması nəticəsində 5 adamın öldüyü təsdiq olunub 20090117105738bina1.jpg Bakının Cavadxan küçəsindəki binada baş vermiş partlayış nəticəsində həlak olanların sayı beş nəfərə çatıb. 10 adamın xəsarət aldığı xəbər verilir. Hadisə yerində xilasetmə əməliyyatları davam edir. Qalıqların altına adamların olduğu istisna edilmir. Bina yanvarın 16-da, axşam altının yarısında uçmuşdu. İİlkin gümanlara görə, buna səbəb beşmərtəbəli binada qaz sızmasından yaranmış partlayış olub. Azərbaycanın Baş prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb. Nəsimi rayonunun icra hakimiyyətinin rəhbəri Nəsib Mahaməliyev xəbər verib ki, binada Tərtər, Kürdəmir, Qax və digə rayonların sakinləri kirayədə qalırdılar. Evakuasiya edilənlərin qalması üçün, rayonun ərazisindəki məktəb və uşaq bağçasında yer ayrılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar