SON XƏBƏRLƏR

Partlayış nəticəsində 10 mənzil dağılıb (FOTOREPORTAJ)

2021.10.20, 07:36
Partlayış nəticəsində 10 mənzil dağılıb (FOTOREPORTAJ)

Gunaz.tv
Partlayış nəticəsində 10 mənzil dağılıb (FOTOREPORTAJ) part_16_09_.jpg p1.jpg p2.jpg p5.jpg Bu barədə məlumatı fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev verib «Nəsimi rayonu, Cavadxan küçəsi 30 ünvanında beşmərtəbəli binada baş vermiş partlayış nəticəsində 10 mənzil yararsız hala düşüb». ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı hadisə yerində olan fövqəladə fallar nazirinin müavini Etibar Mirzəyev verib. O, həmçinin partlayış nəticəsində ölənlərin sayının 3-ə çatdığını da təsdiqləyib. Nazir müavininin sözlərinə görə, 4 nəfər ambulator müalicədən sonra evə buraxılıb, beş nəfər isə hazırda xəstəxanadadır. p6.jpg p9.jpg Hazırda dağıntılar altında axtarış tədbirləri davam etdirilir. Lakin orada heç kimin qalmadığı ehtimal edilir. Xilasetmə işləri zamanı FHN işçiləri arasında da xəsarət alan olmayıb. map4.jpg Etibar Mirzəyev dağılmış binanın sakinlərinin yerləşdirilməsi ilə bağlı icra hakimiyyəti orqanlarının tədbirlər görəcəyini bildirib. Partlayışa ilkin versiya kimi isə qaz sızması göstərilib. Binaya elektrik enerjsi və qazın verilişi dayandırılıb. Mahir Məmmədli/ANS PRESS/ Bu gün Bakının Nəsimi rayonu ərazisində partlayış baş verən binada yaralananların adları açıqlanıb. Bu barədə ANSPRESS-ə Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. Bunlar Elçin Əliyev, Əziz Abdullayev, Tural Qafarov, Könül Vəliyeva, Həsən Məmmədli, Sərvər Novruzobdur. Ölən 3 nəfərin və digər yaralılaırn adları məlum deyil. Xatırladaq ki, bu gün saat 16:30 radələrində Bakının Nəsimi rayonu Cavad xan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli binada güclü partlayış baş verib. Nəticədə binanın 1-ci blokunun 4 və 5-ci mərtəbəsindəki 6 mənzil havaya uçub. Partlayışın gücündən yaxınlıqdakı binaların da şüşələri sınıb. İlkin ehtimala görə, hadisə qaz sızması nəticəsində baş verib./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar