SON XƏBƏRLƏR

İsraillə «Həmas» arasında atəşkəs razılaşması barədə yayılan məlumatlar yalandır

2021.10.20, 07:36
İsraillə «Həmas» arasında atəşkəs razılaşması barədə yayılan məlumatlar yalandır

Gunaz.tv
«İsraillə «Həmas» arasında atəşkəs razılaşması barədə yayılan məlumatlar yalandır» qezza_07_01_09.jpg İsrail parlamentinin deputatı Abigor Libearman bölgədə əməliyyatların davam etdiyini bildirib Qəzzada İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar davam edir. ANS TV-nin Yaxın Şərqə ezam edilmiş xüsusi müxbirinin məlumatına görə, İsrail əsgərləri şəhərin mərkəzində küçə döyüşləri ilə məşğuldur. «Dünən səhərdən Qəzzanın mərkəzinə daxil olan İsrail ordusu «Həmas»ın müqaviməti ilə üzləşib. Bunun nəticəsində 40-50 min fələstinli evlərini tərk etməli olub». Qeyd edək ki, bu gün İsrail mətbuatında İsraillə «Həmas»ın iki həftəlik atəşkəs rejiminin elan edilməsi ilə bağlı razılıq əldə etməsi barədə məlumatlar yayılıb. Qəzetlər iddia edir ki, bu, Misirin sülh planı əsasında əldə edilmiş bir razılaşmadır. Rəsmi Təl Əvivdən bu məsələyə heç bir açıqlama verilməyib. Lakin bu gün İsrail parlamentinin deputatı Abigor Libearman ANS-in müxbirinə bildirib ki, atəşkəs razılaşması barədə yayılan məlumatlar yalandır və əməliyyatlar davam edir. Bu gün İsrailin Təhlükəsizlik Şurasının toplantısı olmalıdır. «Toplantıdan sonra nə isə demək olar. İsrailin xarici işlər naziri Tsipi Livni də hazırda Vaşinqtondadır və ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə görüşür. Buna görə, də hər hansı bir atəşkəs razılaşmasının olub-olmaması bir necə günə məlum ola bilər. Mətbuatın razılaşma əldə edildiyi barədə iddiası isə yalandır». Qeyd edək ki, israilin Qəzzaya qarşı hərbi əməliyyat nəticəsində 1100 nəfərdən artıq fələstinli ölüb, /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar