SON XƏBƏRLƏR

Bakının mərkəzində güclü partlayış

2021.10.20, 07:36
Bakının mərkəzində güclü partlayış

Gunaz.tv
Bakının mərkəzində güclü partlayış sebayelde-yangin.jpg Bakının Nəsimi rayonunda yaşayış binasında güclü partlayış olub. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə Cavad Xan küçəsi, 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra yanğın başlayıb. Hələlik ölən və yaralananlar barəsində məlumat yoxdur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım maşınları gəlib. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar