SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun əsgəri şəhid olub

2021.10.20, 07:36
Azərbaycan Ordusunun əsgəri şəhid olub

Gunaz.tv
Azərbaycan Ordusunun əsgəri şəhid olub cebhe_05_01.jpg Əsgər Muradxan Dəmirçizədə ermənilərin Fizuli rayonu istiqamətində atəşkəsi pozması nəticəsində dünyasını dəyişib Azərbaycan Ordusunun əsgəri şəhid olub. ANS PRESS-in məlumatına görə, ermənilərin cəbhənin Fizuli rayonu, Aşağı Əbdürəhmanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 18 yaşlı Qaradağ rayon Kolgöz qəsəbə sakini Muradxan Sətixan oğlu Dəmirçizədə döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişib. M. Dəmirçizədə 2007-ci ilin yanvarında Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabioğlu ANS PRESS-ə faktla bağlı hələlik məlumatı olmadığını bildirib. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar