SON XƏBƏRLƏR

Güney Azərbaycan gəncliyi referenduma "yox" deməyə səsləyir

2021.10.20, 07:36
Güney Azərbaycan gəncliyi referenduma "yox" deməyə səsləyir

Gunaz.tv
Güney Azərbaycan gəncliyi referenduma "yox" deməyə səsləyir "Dünyanın harasında olursa olsun, Diktator elə Diktatordur" QayNar: Azərbaycanda Konstitusiya İslahatlarını nəzərdə tutan 18 mart referendumu Güney Azərbaycan gəncliyi və ziyalıları tərəfindən də geniş müzakirə olunmaqdadır. Öz ümidlərini, gözlərini Quzey Azərbayacana dikən bu güneyli fəallarımız rəsmi bakının son cəhdindən- Respublikanın süqutuna hesablanmış refendumdan bərk narahat olduqlarını dilə gətirirlər. Qaynar.info olaraq, sizə Güney Azərbaycan Tələbə Hərəkatının www.Oyrenci.Com saytında yer almış bir yazını təqdim edirik. Yazının müəllifi Atilla Muğanlıdır: "Dünyanın harasında olursa olsun, Diktator elə Diktatordur" Atilla Muğanlı Umümiyyətlə, İranda yaşayan millətlər və özəlliklə Azərbaycan Türkləri ən azından son yüz ildə, ulus-dövlət yaranışından bəri diktatorun nə olduğunu, onun millətləri və insanları fikirlərinə görə necə həbsə aldığını və çıxılmaz bir yola soxduğunu çox yaxşı bilirlər. İran millətləri və Türklər şah rejimi diktatorluğundan qurtulma amacı ilə düşünmədən yeni bir islam cumhurriyyəti diktatorluğunu qurulmasına 98 faiz səs verdilər. Bu səsvermədən 30 il keçir. O zaman 15 yaşında olanlar indi 45 yaşındadırlar və beləliklə həyatlarını babalarının və analarının yanlış bir seçimi üzündən məhv etdilər. Bu gün başda Amerika olmaqla bütün dünya islam adı ilə bəzənmiş bu dikatorluğun qarşısında əsir olmuşdur, necə ki İraq millətləri Səddam diktatorluğu qarşısında əsir olmuşdu. Bu gün İran böyük bir zindana dönüşmüş və orda millətlər hələ də həbsdədirlər və nə zaman bu həbs sona çatacaq, onu da kismə bilmir. Uzun sürə Rus imperializminin sömürgəsi altında həyat sürən Azərbaycan sonunda çox bahalı da olsa bağımsızlığını əldə etdi. Quzey Azərbaycan cumhurriyəti dövlətinin qurulması Güneydə yaşayan azərbaycanlıları sevindirmiş və onlara yeni bir umud vermişdır. Bu zor durumlarda Əbülfəz Elçibəy 70 il öncəsi Məhəməd Əmin Rəsulzadə tərəfindən qurulan demokratik Azərbaycanın bayrağını təkrar çiyninə almış və demokratik prinsiplərə sayğılı qalaraq onu Heydər Əliyev cənablarına vermişdir. Bu sürəc bu günə qədər axsaya-axsaya devam etmişdir. Ancaq son zamanlarda bir nəfərin iki dəfədən artıq prezident seçilmə haqqını tanıyan yasanın gündəmə gəlməsi elə Güney Azərbaycan aydınlarını, öyrəncilərini və milli fəallarını da şaşırmışdır. Azərbaycanda dövlətçilik prinsiplərinin qurulmasına sevinən Güneylılər bu gün hirs içindədirlər: Görəsən Bakıda nə olur? 30 il bundan öncəki İranda Vilayət Fəqih hökümətinə hə demək sürəci kimi bir sürəç orada da baş tutacaqmı? Fars şövinizmi ilə burun-buruna mübarizə aparan milli fəallar hansı tərəflərinə baxıb sevinsinlər? Ana dillərində yaza bilməməkləri dərdinə, Qarabağ dərdinə yansınlar, yoxsa təksəsliliyin, yeni bir diktatorun və bu diktatoru dəstəkləyən siyasi sistemin dərdinəmi yansınlar? Xəbər agentliklərində dolaşan xəbərlər bizi gah sevindirir və gah da üzür. Neft və yeraltı qaynaqları satma bahasına əldə edilən gəlirlərlə xalqın iqtsadi rifahının yüksəlməsi, yeni yollar, okullar, hava alanları və s. projelərin inşası bizi sevindirirsə də, Qarabağ sorununun həllindəki durğunluq, mediyaya olan basqılar və özəlliklə bəəzi radioların bağlanması, hətta Azərbaycan televiziyalarında Anadolu Türkcəsinə qoyulan yasaqlar və Azərbaycan Türkcəsini sadəcə Azərbaycan dili kimi təqdim etmək və onu ortaq Türk dilindən qoparmağa başlayan cəhdlər Güney Azərbaycan gəncliyini və milli fəallarını narahat edir. Bu gün Güney Azərbaycan insani özgür, bağımsız və demokratik bir Azərbaycan yolunda çabalar verirkən, diktatorluq yollarını hamarlayan yasaların Quzey Azərbaycanda gündəmə gəlməsi çox təhlükəli bir gələcəyin siqnallarını verməyə başlamışdır. Diktator diktatordur. İstər Zimbabvedə olsun, istər İranda olsun, istərsə də Azərbaycanda. Diktatorluq düşüncəsi qarşısında dayanmaq Azərbaycan aydınının tarixi və milli gürəvidir. Məhəməd əmin Rəsulzadə və onun dostları, Seyid Cəfər Pişəvəri və dostları, Əbülfəz Elçibəy və ... tərəfindən başladılan demokratik Azərbaycan Türk Cümhuriyyəti ideyasını dünyada tanınmış modern bir ideoloji kimi qoruyub saxlamaq hər bir Güneyli və Quzeylı Azərbaycanlının tarixi sorumluluğudur. Quzey Azərbaycanda olan vətəndaşlarımız önümüzdəki referendumda öz tarixi irslərinə sahib çıxmalı və Azərbaycan millətinin modern uyqarlıq sistemi ilə idarə olma qabiliyyətini dünyaya nişan verməlidirlər. Son günlərdə "Azadlıq Evi" (Freedom House") tərəfindən yayımlanan hesabata görə Azərbaycanda azadlıqlar məhdudlaşıb və eləcə də Azərbaycan dünyanın nisbətən bağlı olan ölkələr sırasına girmişdir. Azərbaycanın gələcəyi Azərbaycan milləti və onun aydınlarına bağlıdır. Bu gün əgər Güney Azərbaycanda islam diktatorluğu Azərbaycan gənclərini acımadan həbsə, tək adamlıq hücrələrə ata bilirsə və ona heç bir çıxış imkani vermirsə, ama Quzeydə olan Azərbaycanlı həmvətənlərimiz öz tarixi torpaqlarında öz sözlərin deməyə imkanları var. Bu isə keçiriləcək referendumda Anayasa dəyişikliyinə "YOX" deməsi ilə mümkün olacaq. Tarixi təcrübələr göstərir ki, hər millətin öz ləyaqətinə uyğun höküməti olur. Quzey Azərbaycanda olacaq bu referendum və ondan çıxan sonuçlar Quzeyli həmvətənlərimizin ləyaqətini göstərmiş olacaq. Quzeyli vətəndaşlarımız unutmamalıdırlar ki, Güneyin istəyi bağımsız, özgür, demokratik və müreffəh bir Azərbaycandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar