SON XƏBƏRLƏR

Buş amerikalılarla vidalaşdı

2021.10.20, 07:36
Buş amerikalılarla vidalaşdı

Gunaz.tv
Buş amerikalılarla vidalaşdı 11:06 16-01-2009 Səlahiyyətlərini başa vuran ABŞ prezidenti uğursuzluqlarını etiraf etdi ABŞ prezidenti Corc Buş yanvarın 14-də amerikalılara vida nitqi ilə müraciət edib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu onun ABŞ prezidenti postunda sonuncu çıxışı olub. Onun Ağ Evin Şərq kabinetindəki çıxışı Amerikanın bir çox telekanalları tərəfindən birbaşa yayımlanıb. Buş vida nitqində etiraf edib ki, hakimiyyətdə olduğu 8 il ərzində özündən əvvəlki prezidentlər kimi bəzi məsələlərdə uğursuzluğa düçar olub. Bununla yanaşı o, həmişə ABŞ-ın maraqları çərçivəsində işlədiyini və ancaq düzgün hesab etdiyi qərarlar qəbul etdiyini bildirib. O, ABŞ-ın yeni seçilən prezidenti Barak Obamanın inauqurasiyası mövzusuna da toxunaraq bunu Amerika üçün “fərəh və ümid anı” adlandırıb. Corc Buş dünyada xeyir və şərin olduğunu, onların heç br zaman bir-biri ilə barışmadığını və onlardan birini seçmək lazım gəldiyini xatırladıb. Prezident beynəlxalq maliyyə böhranı, mili təhlükəsizlik və terrorçuluqla bağlı olan məsələlərə də toxunub: “Mən hər səhər bizim ölkəmiz qarşısında duran təhlükələr barədə hesabat alırdım və təhlükəsizliyi təmin etmək üçün bütün imkanlarımdan istifadə etməyə özümə söz verdim”. Buşun çıxış 15 dəqiqə davam edib. Agentliklər qeyd edirlər ki, ABŞ-ın heç də bütün prezidentləri belə vida müraciəti ilə çıxış etmirlər. Məsələn, Corc Buşun atası böyük Corc Buş 1992-ci ildə Bill Klintona uduzandan sonra vida nitqi ilə çıxış etməkdən vaz keçib. LENT.AZ Xəbərin oxunma sayı: 173

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar