SON XƏBƏRLƏR

Ərdoğan İsraili BMTdən çıxartmağı tələb etdi

2021.10.20, 07:36
Ərdoğan İsraili BMTdən çıxartmağı tələb etdi

Gunaz.tv
Ərdoğan İsraili BMTdən çıxartmağı tələb etdi 19:20 16-01-2009 Türkiyənin baş naziri yəhudi dövlətini dinc sakinlərə hücumda ittiham etdi Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yanvarın 16-da bəyanatla çıxış edərək İsrailin BMT-dən çıxarılmasını tələb edib. Lent.az-ın məlumatına görə, bu barədə “The Haaretz” qəzetinin saytında bildirilir. Ərdoğan qeyd edib ki, İsrail bütün beynəlxalq qanunları kobud şəkildə pozur: “BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən ölkəyə BMT-nin mənzil-qərargahına girməsinə necə icazə vaermək olar?” Qeyd edək ki, baş nazir bu bəyanatı Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Ankaraya gələn BMT baş katibi Pan Qi Munun səfəri ilə bağlı verib. Ərdoğan İsraili HƏMAS döyüşçüləri ilə mübarizə şüarı altında dinc sakinlərə hücum etməkdə də ittiham edib. Onun sözlərinə görə, İsrail yönümlü KİV-lər HƏMAS-ın dinc sakinlərdən “canlı qalxan” kimi istifadə etməsilə bağlı yalan informasiya yayırlar. LENT.AZ Xəbərin oxunma sayı: 136

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar