SON XƏBƏRLƏR

Rusiya: Ermənistana silah satmamışıq

2021.10.20, 07:36
Rusiya: Ermənistana silah satmamışıq

Gunaz.tv
Rusiya: Ermənistana silah satmamışıq Azərbaycanın xarici işlər nazirliyi mətbuatda Rusiyanın Ermənistana silah-sursat ötürüməsi haqda gedən yazılarla bağlı xüsusi bəyanat yayıb. Bəyanatda bildirilir ki, məsələylə bağlı aparılan araşdırma "silah sursatın ötürülməsinin həqiqətən də baş verdiyi qənaətinə gəlmək üçün yetərli əsas verir". Bu baxımdan Azərbaycanın xarici işlər nazirliyi öz dərin narahatlığını bildirir. Öz növbəsində Rusiyanın müdafiə nazirliyində silah ötürülməsini təkzib edirlər. Rusiyanın xarici işlər nazirliyi hələlik rəsmi bəyənat verməyib. Rusiya rəsmiləri Azərbaycanın Rusiyanın Ermənistana böyük miqdarda silah sursat verməsi haqda iddiasını təkzib edirlər. "İnterfaks" agentliyi Rusiya müdafiə nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Aleksandr Drobışevskinin sözlərini ixtibas gətirir. Burada göstərilir ki, Ermənistana heç bir silah ötürmələri olmayıb. Cənab Drobışevskiy bildirib ki, Azərbaycanın müdafiə nazirliyi işlə bağlı Rusiya müdafiə nazirliyinə müraciət edib və yaxın vaxtlarda nazirliyin rəsmi cavabı hazır olacaq. Rusiyanın xarici işlər nazirliyi hələlik işə öz rəsmi münasibətini bildirməyib. Bu arada Rusiya mətbuatında məsələyə bağlı yazılar gedir. Məsələn, "Kommersant" qəzetinə görə, Rusiyayla Azərbaycan arasında bu günlərdə yaşanan silah qalmaqalı Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik səylərini heçə endirə bilər. Moskvalı hərbi ekspert Pavel Felqenqauer öz növbəsində Rusiyanın Ermənistanda Gümrüdə yerləşən 102-ci bazasında vəziyyəti belə təsvir edir: "Ermənistanda Rusiya qoşunları var və burada xeyli Rusiya silah sursatı var. 2007-ci ildə Rusiyanın Gürcüstandakı bazalarının çıxarılması başa çatıb və Batumi və Axalkalaki bazalarından silah sursat əsasən Rusiyaya yox Ermənistana daşınmışdır. Oradakı silah sursatla 2 motoatıcı diviziyanı silahlandırmaq olar, yəni bu yüzlərlə tank, yüzlərlə ağır artilleriya ədədləri və sairədir. Buradakı Rusiya silahlı qüvvələrin şəxsi heyyəti isə bir elə çox deyil, bu əsasən Rusiya pasportlarına malik və müqavilə əsasında xidmət edən yerli ermənilərdi. Yəni bu qədər silah sursata qulluq etmək üçün şəxsi heyyət çatmır və ola bilsin silahların bir hissəsi Ermənistanla birgə istifadədədir, ya da onlar ümumən Ermənistana verilib", deyir hərbi ekspert Pavel Felkenqauer. Bu arada "Kommersant" qəzeti Rusiya xarici işlər nazirliyindəki adı çəkilməyən mənbələrə istinadən yazır ki, indi Rusiyanın xarici işlər nazirliyində işlə bağlı yoxlama gedir, mənbə habelə qəzetə bildirib ki, "ola bilsin kimsə bilərəkdən yoxsa bilməyərək real məlumatı təhrif edib".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar