SON XƏBƏRLƏR

Pele Türkiyəni təriflədi

2021.10.20, 07:36
Pele Türkiyəni təriflədi

Gunaz.tv
Pele Türkiyəni təriflədi article_1232094480.gif "AÇ-2008-in ən yaxşı komandası Türkiyə idi" Dünya futbolunun canlı əfsanəsi Pele Fatih Terim və Türkiyə milli komandasını tərifləyib. Fanat.az-ın verdiyi xəbərə görə, bir neçə gün əvvəl İsveçrənin Sürix şəhərində FİFA-nın keçirdiyi qala-gecəyə qatılan braziliyalı Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmud Özgenerlə görüşündə milli komanda barəsində müsbət fikirlər səsləndirib. "AÇ-2008-də mənim diqqətimi ən çox çəkən ölkə siz idiniz. Fantastik futbol oynayırsız. Çox gözəl bir komandanız var. 90 dəqiqə ərzində nə edəcəyinizi proqnozlaşdırmaq mümkün deyil. Baş məşqçiniz arxadan gəlib önə keçməyi bacarır və heç ruhdan düşmür. Türkiyənin oyunlarını seyr etmək xoşuma gəlir. Yığmaların oyunları zamanı Avropada olduğumda "Türkiyənin oyunu varmı?" deyə proqamlara baxıram. Bir matçınızı canlı izləmək istəyirəm", - deyə Pele bildirib. Pele Özgenerlə söhbəti zamanı "Santos"un taleyindən narahat olduğunu da bildirib: "Açıcı son günlər bir az narahatam. Çünki mənim komandam "Santos" çətin günlər keçirir. Aşağı dəstəyə düşmək təhlükəsi yaranıb. İndi fikirləşirəm ki, "Santos"a yenidən necə uğur qazandırmaq olar?".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar