SON XƏBƏRLƏR

Borçalı boşalır

2021.10.20, 07:36
Borçalı boşalır

Gunaz.tv
Borçalı boşalır "Qeyrət" Xalq Hərəkatının rəhbərliyi: "Gürcüstan hakimiyyəti azərbaycanlılara qarşı haqsızlıq edir" "Gürcüstanla Rusiya arasında baş verən avqust müharibəsindən sonra Borçalıda yaşayan azərbaycanlıların vəziyyəti daha da pisləşib". Bu barədə Gürcüstanda yaşayan azərbaycanlıların "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov Borçalının problemləri ilə bağlı dünən Bakıda keçirilən mətbuat konfransında bildirib. Əlibala Əsgərovun sözlərinə görə, Gürcüstanda qəbul olunan "Təhsil haqqında" qanunda yalnız gürcü dilində təhsil nəzərdə tutulur: "Biz məcburi olaraq gürcü dilində təhsil almaqla razılaşmırıq. Artıq Azərbaycan məktəblərinə gürcü müəllimlər təhkim olunur. Müəllimlər şagirdlərin, şagirdlər isə müəllimlərin dilini bilmirlər". Əsgərov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə görüşərək problemin həllində yardım istədiklərini söyləyib (APA). Hərəkatın İdarə Heyətinin üzvü Zümrüd Qurbanov isə azərbaycanlıların heç vaxt osetinlər, abxazlar kimi separatçı mövqe tutmadıqlarını, amma Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı haqsızlıq etdiyini vurğulayıb: "On minlərlə gənc Borçalını tərk edib. Əgər buradakı insanların hamısı köç etsə və Borçalı faktoru aradan qalxsa, bundan daha çox Azərbaycan zərər çəkəcək". O, Azərbaycan hökumətini borçalılara daha çox dəstək verməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar