SON XƏBƏRLƏR

KEÇMİŞ PREZİDENT MƏHƏMMƏD XATƏMİDƏN SUAL GƏLDİ: «GÖRƏSƏN, BİZDƏKİ İSLAM NECƏ İSLAMDIR?»

2021.10.20, 07:36
KEÇMİŞ PREZİDENT MƏHƏMMƏD XATƏMİDƏN SUAL GƏLDİ: «GÖRƏSƏN, BİZDƏKİ İSLAM NECƏ İSLAMDIR?»

Gunaz.tv
KEÇMİŞ PREZİDENT MƏHƏMMƏD XATƏMİDƏN SUAL GƏLDİ: «GÖRƏSƏN, BİZDƏKİ İSLAM NECƏ İSLAMDIR?» xatemi1.jpg İslami Şura Məclisinin (parlament) azlıq fraksiyasının deputatları ilə görüşən keçmiş prezident Məhəmməd Xatəmi İrandakı vəziyyətə toxunaraq islam inqilabının ilkin ideyalarından yayındığını bildirib. «Media forum» saytının məlumatına görə, Xatəmi deyib: «Biz nigaran olmalı və özümüzə belə bir sual verməliyik ki, qurduğumuz bu sistemə islam hakimdir, ya yox? Görəsən, bizdəki islam necə islamdır? Bu islam insan və cəmiyyətin inkişafı ilə müvafiq olan, insanın öz müqəddəratına hakim olmasını istəyən islamdır, yoxsa elə bir islamdır ki, bunların heç birini qəbul etmir? Görəsən, inqilabın ideyaları gerçəkləşibmi?» Xatəmi ictimai azadlıqların məhdudlaşdırılmasından narahat olduğunu vurğulayıb: «Bizim cəmiyyətdə sivil qurumlar, partiya və təşkilatlar lazım olduğu kimi formalaşmayıb. Xalqın təmsilçisi qismində çıxış edən hökumət onların inkişafına təminat vermək əvəzinə onları özünə rəqibi sayır, qarşılarını alır». Son dörd ildə neftin qiymətinin bahalaşmasına baxmayaraq ölkə əhalisinin gündən-günə yoxsullaşmasından təəssüfləndiyini bildirən Xatəmi deyib: «Bu 4 ildə biz nəinki irəliləmədik, hətta əvvəlkindən də geri getdik».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar