SON XƏBƏRLƏR

RƏSMİ BAKI MOSKVA BƏYANNAMƏSİNİN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ

2021.10.20, 07:36
RƏSMİ BAKI MOSKVA BƏYANNAMƏSİNİN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ

Gunaz.tv
RƏSMİ BAKI MOSKVA BƏYANNAMƏSİNİN ÜSTÜNDƏN XƏTT ÇƏKDİ birgebeyyannameninimzalanmasi202008-noyabr201-1.jpg Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovdan izahat tələb etdikdən sonra ikinci addımı da atdı. XİN-in Rusiyadan Ermənistan ordusuna silah-sursat ötürülməsiylə bağlı bu gün yaydığı bəyanatda önəmli cümlə var: “Məsələnin araşdırılması üzrə aparılmış işlər silah-sursatın ötürülməsinin həqiqətən də baş verdiyi qənaətinə gəlmək üçün yetərli əsas verir”. Bu cümlə Rusiyanın Ermənistana 800 milyon dollar silah ötürməsi faktının rəsmi Bakıda heç bir şübhə doğurmadığı anlamına gəlir. XİN-in bəyanatı həm də o mənada əhəmiyyətlidir ki, artıq Rusiyanın izahatını gözləməyə ehtiyac yoxdur. Onsuz da bəllidir ki, Moskva “araşdırma işini” uzatmağa çalışacaq. Azərbaycan XİN-i də bu “araşdırmanın” nəticəsini gözləmədən hərəkətə keçdi. XİN-in bəyanatındakı digər doğru bir təsbit ondan ibarətdir ki, Ermənistana ötürülən silahlar işğalın davamına və güclənməsinə şərait yaradacaq və bununla Rusiyanın üzərinə götürdüyü beynəlxaq öhədiklər pozulmuş olacaq. Bəyanatdakı daha bir məqam diqqəti cəlb edir: “Xarici İşlər Nazirliyi hesab edir ki, yuxarıda qeyd olunanlar münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə Rusiya Federasiyasının üzərinə xüsusi məsuliyyət qoyur”. Bu isə o deməkdir ki, prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskvada imzaladıqları bəyənnamənin Azərbaycan üçün heç bir siyasi qüvvəsi qalmayıb. Yəni Azərbaycan Moskva bəyannaməsində öz üzərinə götürdüyü “münaqişənin yalnız sülh yoluyla həllinə çalışacam” tipli öhdəlikdən qurtuldu. XİN-in bugünkü bəyanatıyla rəsmi Bakı faktiki Moskva bəyannaməsinin üstündən xətt çəkdi. İndən belə Azərbaycan prezidenti İlham Əliyev Moskva bəyannaməsinə nəzər yetirmədən də hərəkət edə bilər. Rusiya öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmirsə, biz niyə onun hazırladığı bəyannaməni əsas tutmalıyıq? “Atlas” Araşdırmalar Mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar