SON XƏBƏRLƏR

Türkiyə ordusunun rəhbərliyi “Ergenekon”la bağlı açıqlama verdi

2021.10.20, 07:36
Türkiyə ordusunun rəhbərliyi “Ergenekon”la bağlı açıqlama verdi

Gunaz.tv
Türkiyə ordusunun rəhbərliyi “Ergenekon”la bağlı açıqlama verdi turkiye-silahli-quvve-bas-q.jpg “Məhkəmə qərarı olmadan kimsə cinayətkar elan edilə bilməz” “Bu cür ifadələrin mediada yayınlanması dövlətə ziyan vurur. Türkiyə Silahlı Qüvvələri (TSQ) özü ilə əlaqəli olan hadisələri həssaslıqla izləyir və araşdırır”. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu fikirlər Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının “Ergenekon” məsələsi ilə bağlı az əvvəl yaydığı açıqlamadandır. “Ergenekon” işi ilə əlaqədar Tuncay Güneyin və başqalarının ifadələrinin televiziya və mətbuatda yayınlanmasına münasibət bildirən TSQ bunu yolverilməz sayıb. Açıqlamada bildirilir ki, məhkəmə qərarı olmadan kimsə cinayətkar elan edilə bilməz: “Podpolkovnik Mustafa Dönməz də bu gün səhər saatlarında İstanbula göndərilib”. Baş Qərargah xatırladıb ki, Cəza Mühakiməsi Qanununun 157-ci maddəsinə görə, dindirmələr gizli aparılmalıdır: “Ancaq ifadələrin mediada yer alması səbəbindən istintaq materiallarından məlumat almaq imkanları da məhdudlaşıb. Təqsirsizlik prezumpsiyası kimi təməl prinsiplər pozulmaqdadır”. TSQ rəhbərliyi bildirib ki, “Ergenekon” işi ilə bağlı aparılmış qazıntılarda tapılan silah-sursatlar diqqətlə analiz ediləcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar