SON XƏBƏRLƏR

NABUKKO layihəsinin həyata keçirilməsi həm Ukrayna, həm də digər Avropa ölkələri üçün əlverişlidir

2021.10.20, 07:36
NABUKKO layihəsinin həyata keçirilməsi həm Ukrayna, həm də digər Avropa ölkələri üçün əlverişlidir

Gunaz.tv
"NABUKKO layihəsinin həyata keçirilməsi həm Ukrayna, həm də digər Avropa ölkələri üçün əlverişlidir" boris_klimcuk-12.jpg Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bu gün keçirdiyi mətbuat konfransıda belə deyib Bu gün Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk Rusiya və Ukrayna arasında yaranmış qaz böhranı ilə bağlı mətbuat konfrası keçirib. ANS PRESS-in məlumatına görə, səfir bildirib ki, Ukrayna, ərazisindən Avropaya nəql edilən qazın dayandırılmasında heç bir rol oynamır. “Buna görə də Ukraynanı ittiham etmək gülüncdür. Çünki Ukrayna yalnız Rusiya qazını öz ərazisindən Avropaya nəql edir”. B. Klimçukun sözlərinə görə, Ukrayna Rusiya qazı ilə bağlı yaranmış böhranlı vəziyyətə bir neçə ay dözə bilər. Ancaq bunu Avropa İttifaqına şamil etmək olmaz. “Vəziyyət onu tələb edir ki, danışıqlar masasının arxasına keçib, qarşılıqlı anlaşma şəraitində strateji qərar qəbul olunsun”. Səfir qeyd edib ki, Rusiyanın Avropa üçün yaratdığı böhranlı vəziyyətin aradan qaldırılması üçün alternativ layihələrin həyata keçirilməsi vacibdir. "O cümlədən bunun NABUKKO layihəsi ilə həyata keçirilməsi həm Ukrayna, həm də digər Avropa ölkələri üçün əlverişlidir". Gülnaz Qənbərli/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar