SON XƏBƏRLƏR

“Ergenekon”un “1-ci adamı”: “Gör, Türkiyə nə günə düşdü...”

2021.10.20, 07:36
“Ergenekon”un “1-ci adamı”: “Gör, Türkiyə nə günə düşdü...”

Gunaz.tv
“Ergenekon”un “1-ci adamı”: “Gör, Türkiyə nə günə düşdü...” karadayi.jpg İsmayıl Haqqı Qaradayı: “Mən belə rəzalət, hoqqabazlıq görməmişəm” “Mən belə rəzalət, hoqqabazlıq görməmişəm, “Ergenekon”un başçısı olduğum barədə iddialara gülməyim gəlir”. Lent.az-ın məlumatına görə, bu sözləri “Milliyet”ə müsahibəsində Baş Qərargahın keçmiş rəisi, istefada olan general İsmayıl Haqqı Qaradayı deyib. General Tuncay Güneyin “Ergenkon”la bağlı yerli mətbuatda yayımlanan ifadələrinə münasibət bildirərkən “Tuncay Güneyi dinləyəndə fikirləşdim ki, dəlixanadakı bir adam danışır, biabırçılıq idi”, - deyib. Qaradayı adının “Ergenekon”da hallandırılmasını biabırçılıq və hoqqabazlıq adlandırıb: “78 yaşım, 50 illik iş təcrübəm var, belə şeylərlə ilk dəfə qarşılaşıram. Deməyə söz tapmıram, üzülürəm, gör, Türkiyə nə günə düşdü...” General “Ergenekon”la bağlı həbs olunan şəxsləri tanımadığını vurğulayıb: “Vəli Kiçiyi heç görməmişəm, tanımıram. Ölkəsinə, millətinə şərəflə xidmət etmiş istefada olan zabitlərin də onlarla heç bir bağlılığı yoxdur. Türk Silahlı Qüvvələrini gözdən salmağa çalışırlar, təəssüf. Keçmiş prezident Süleyman Dəmirəlin bir sözü vardı: “Türkiyə Silahlı Qüvvələri bölünsə, Türkiyə bölünər”. Bu, həqiqətən belədir, indi bunu etməyə çalışırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar