SON XƏBƏRLƏR

Ermənilər Hillari Klintonun qondarma soyqırımı tanıyacağına inanırlar

2021.10.20, 07:36
Ermənilər Hillari Klintonun qondarma soyqırımı tanıyacağına inanırlar

Gunaz.tv
Ermənilər Hillari Klintonun qondarma soyqırımı tanıyacağına inanırlar Türk alimi "Daşnakstyun"un Bostondakı arxivinə buraxılmayıblar Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan dünən bildirib ki, erməni nümayəndə heyəti Ankarada Qafqaz Sabitlik və Təhlükəsizlik Platformasının yaranması ilə bağlı müzakirələrə qatılacaq. Onun sözlərinə görə toplantı yanvar ayının sonunda olacaq. Ermənistanın rəsmi nümayəndələri Türkiyənin təşəbbüsü ilə keçirilən toplantlara qatılsalar da erməniliklərini əldən buraxmayıblar. Dünən ortaya çıxan məlumatlar göstərir ki, rəsmi İrəvan və erməni diasporu "qondarma soyqırım"ın tanınması məsələsindən geri durmaq niyyətində deyil. Ümumiyyətlə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın "tarixi tarixçilər araşdırsın, arxivlər alimlərin üzünə açılsın" təklifini də qəbul etmək istəmirlər. Məsələn, bu ərəfədə məlum olub ki, Birləşmiş Ştatlardakı Priston universitetinin müəllimi, Yaxın Şərq bölməsinin rəhbəri Şükrü Xanıoğlu "Daşnakstyun" Partiyasının Bostondakı arxivinə buraxılmayıb. Türkiyənin "Hüriyyət" qəzetinin xəbərində qeyd olunur ki, Şükrü Xanıoğlu "Daşnakstyun" öz arxivini ictimaiyyətin üzünə açmır. Onun sözlərinə görə, uzun illərdən bəri arxivə buraxılmaq üçün icazə almaq cəhdləri nəticəsiz qalıb, partiya hətta professorun müraciətini cavabsız buraxıb. Şükrü Xanıoğlunun sözlərinə görə, 1915-ci ildə baş vermiş hadisələrlə bağlı həqiqətləri öyrənmək üçün "Daşnakstyun" Partiyasının Bostondakı arxivini açmaq lazımdır. Qeyd edək ki, bu arxivdə terrorçu partiyanın yarandığı gündən XX əsrin 20-ci illərinin əvvəllərinədək olan sənədləri toplanıb. Amma Nyu-Yorkda nəşr olunan "The Armenian Reporter" qəzeti iddia edir ki, guya arxiv 1995-ci ildən ictimaiyyətin üzünə açıqdır. Üzə çıxan xəbərlər Birləşmiş Ştatlardakı erməni diasporunun, erməni lobbisinin qondarma soyqırımın tanınması istiqamətində fəaliyyətlərini genişləndirdiyini göstərir. Amerika Erməni Milli Komitəsi bildirib ki, Birləşmiş Ştatların yeni adminstrasiyası "erməni soyqırımının" tanınmasının tərəfdarıdır. AEMK-nın mətbuat katibi Elizabet Çulcyan qondarma iddianı dəstəkləyənlərin adlarını sadalayıb: "Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsinə namizəd Leon Panetta, əmək naziri vəzifəsinə namizəd Hilyada Solis, nəqliyyat naziri vəzifəsinə namizəd Rey Lahud. Bundan başqa, Konqresdə ermənilərin maraqlarının aktiv müdafiəçiləri Nümayəndələr Palatasının sədri Nensi Pelosi, Senatdakı demokrat çoxluğunun rəhbəri Harri Reyd, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Berman, Senatın Xarici Əlaqələr üzrə Komitəsinin sədri Con Kerridir". Yanvar ayının 13-də Nyu-York senatoru ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Con Kerrinin rəhbərliyi ilə keçirilən dinləmələrə qatılıb, senatorların suallarını cavablandırıb. Qeyd edək ki, yanvarın 20-də Birləşmiş Ştatların yeni prezidenti Barak Obama and içib vəzifəsinin icrasına başlayacaq. Obamanın dövlət katibi vəzifəsinə namizəd göstərdiyi, keçmiş birinci ledi, Hillari Klintonun namizədliyi Senatda təsdiqlənməlidir. ABŞ Konqresindəki erməni lobbisinin rəhbərlərindən olan Demokratlar Partiyasının Nyu-Cersi senatoru Robert Menendez Hillari Klintonun "erməni soyqırımı" və Kipr probleminə xüsusi diqqət yetirməsini gözlədiyini bildirib: "Umuram ki, bu məsələlərlə yaxından maraqlanacaqsınız və senator kimi "erməni soyqırımı" və Kipr məsələsində nümayih etdirdiyini mövqeyiniz nazir vəzifəsində olarkən dəyişməyəcək". Robert Menendezin sualını cavablandıran Hillari Klinton bildirib: "Gözümüz bu və digər çətin məsələlərdə olacaq. Həmin məsələlərdə irəliləmə əldə etmək, problemlərin həllinə təsir etmək üçün çox yaxından ilgilənəcəyik". Onu da xatırladaq ki, Hillari Klinton qondarma soyqırım haqqında qanun layihələrinə verdiyi dəstəklə tanınır. O hətta bir dəfə Corc Buş hökumətini qondarma soyqırımı tanımamaqda günahlandırıb. Dünən onun "Nabucco" layihəsi ilə bağlı Azərbaycan mətbuatında yayılan bəyanatı Barak Obama adminstrasiyasının da bölgədəki reallıqları nəzərə alacağını deməyə imkan verir. Maraqlıdır ki, erməni mənbələri bildirirlər ki, guya Menendezin sorğusuna cavab verən Hillari Klinton həmin dinləmələrdə deyib: "ABŞ prezidenti və Konqres Osmanlı imperiyasının həyata keçirdiyi faciəli hadisələri-"erməni soyqırımını" tanıyır və yadda saxlayır". Halbuki həmin sözləri Hillari Klinton ötən ilin yayında prezident seçkisi kampaniyası zamanı söyləyib. Amma ermənilər yeni dövlət katibinin vədindən qaçmayacağına ümid bəsləyirlər. Amerika Erməni Assambleyasının İdarə Heyətinin üzvü Anni Tota ermənilərin Hillari Klintonun namizədliyini dəstəklədiklərini və ABŞ prezidenti, Konqresinin qondarma soyqırımı tanıyacağına inandığını açıqlayıb. Göytürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar