SON XƏBƏRLƏR

HƏMAS-ın polis naziri evində bombalanıb öldürüldü

2021.10.20, 07:36
HƏMAS-ın polis naziri evində bombalanıb öldürüldü

Gunaz.tv
HƏMAS-ın polis naziri evində bombalanıb öldürüldü said.jpg Qəzzadakı evində bomba hücumunda daxili işlər nazirinin özü və ailəsinin 5 üzvü qətlə yetirilib İsrail ordusunun Qəzza şəhərinə və ətraf bölgələrə hücumu davam edir. Lent.az-ın məlumatına görə, yanvarın 15-də günün ikinci yarısında Qəzza şəhərində HƏMAS-ın daxili işlər naziri Said Siyamın qardaşının da evi bombalanıb. Qəzzadakı Fələstinli mənbələr axşam saatlarında şəhərin Şeyx Rizvan məhəlləsində vurulan evdə 3 nəfər ölüb, 25 nəfər yaralanıb. İsrail ordusunun rəsmiləri faktı təsdiq ediblər. Məlumata görə, hücum zamanı həmin evdə Said Siyam, qardaşı İyad və HƏMAS-ın təhlükəsizlik qurumuna başçılıq edən Salah Əbu Şara öldürülüb. Daxili işlər nazirinin ölümünü HƏMAS da təsdiqləyib. HƏMAS yetkilisi Məhəmməd Nazal “Said Siyamın qanı, sionistlərin üstünə bir bəla kimi çökəcək” - deyib. Hücum zamanı Siyamın oğlu və qardaşı ilə bərabər, ailəsindən 5 nəfərin öldüyü bildirilir. HƏMAS Siyamın öldürülməsi ilə əlaqədar olaraq Qəzzada matəm elan edib. 69 yaşlı Said Siyamın Qəzzada HƏMAS içərisində öndə gələn iki radikal liderdən biri kimi tanınırdı. Təşkilat daxilində ilk 2 yeri Siyam və Mahmud Zaharın tutduğu, hətta baş nazir İsmayıl Haniyənin də nüfuzuna görə onlardan sonra gəldiyi deyilir. Bu arada, HƏMAS-ın Suriyada olan siyasi lideri Xalid Məşəl bildirib ki, İsrail HƏMAS-ın müqavimətini qıra bilməyəcək. O, gələcəyin keçmişdən fərqli olacağını, İsrail ordusunun daha artıq itki verdiyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar