Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
Dağlıq Qarabağdakı qondarma rejim və Ermənistan rəhbərliyi arasında ziddiyyətlərin yaranmasıyla bağlı erməni mətbuatında informasiyalar yer almaqdadır. Digər tərəfdən, ötən gün Dağlıq Qarabağdakı terrorçu rejimin sabiq rəhbərlərindən biri olan Manvel Sarqsyan İrəvanda keçirdiyi mətbuat konfransında maraqlı bəyanatlar verib. O deyib ki, "Dağlıq Qarabağ əhalisi" hərbi birləşmələrin təzyiqləri altında əzilməkdədir. Əhalinin alternativ informasiya əldə etmək, həqiqəti bilmək imkanları yoxdur, onlar hərbi qrupların girovuna çevriliblər. Manvel Sarqsyan Dağlıq Qarabağdakı qondarma rejimin nə zamansa münaqişənin tənzimlənməsində tərəf kimi danışıqlara cəlb edilə biləcəyini də mümkünsüz sayır: "Dağlıq Qarabağ nəinki danışıqlarda tərəf deyil, hətta faktor kimi də əhəmiyyətini itirib". Ramiz Mikayıloğlu Bütün bunlar da göstərir ki, rəsmi Bakının separatçı rejimin danışıqlar prosesində iştirak etməyəcəyi yönündə qətiyyətli mövqeyi artıq qarşı tərəfdə pessimizmə yol açıb. Eyni zamanda Dağlıq Qarabağdakı separatçı rejim guya rəsmi İrəvanla aralarında ziddiyyətlər olduğunu göstərməklə danışıqlar prosesində "müstəqil tərəf"kimi təmsil olunmaq niyyətini ortaya qoyur. Bütün hallarda bu "ziddiyyətlərin" ermənilərin oyunu olduğu birmənalıdır. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev deyir ki, konfliktin nizama salınması yönündə ötən dövrdəki mərhələlərin təhlili göstərir ki, bəzən ermənilər ictimai rəyə, mediaya üzərində düşünülməli informasiyalar ötürürlər. Bir sıra hallarda bu, Ermənistandakı rejimin daxili vəziyyətiylə bağlı olur. Bəzi hallarda belə informasiyalar xaricdəki diasporaya hesablanır. İndi də informasiya ötürürlər ki, guya Dağlıq Qarabağdakı qonlarma rejimlə İrəvan arasında müəyyən ziddiyyətlər, anlaşılmazlıqlar var. Məsələlərə daha ciddi yanaşan təhlilçilər belə hallarda baş verənləri ermənilərin oyunu kimi dəyərləndiriblər. Aydın Ağayev də düşünür ki, ermənilər zaman-zaman Qarabağdakı qondarma rejimlə Ermənistanın rəsmi hakimiyyəti arasında ziddiyyətin olması barədə dövriyyəyə informasiyalar atırlar. Analitik İnformasiya şöbəcinin müdiri bildirdi ki, Dağlıq Qarabağdakı guruhun vəziyyəti aydındır. Onlar Azərbaycan ərazisində xarici qüvvələrlə birləşib, Ermənistanın birbaşa iştirakıyla qiyam qaldırıb, azərbaycanlılara qarşı soyqırım törədib, onların yurd-yuvalarından qovublar. Onun sözlərinə görə, münaqişənin nizamlanmasının müəyyən mərhələsində şəraitdən asılı olaraq Azərbaycan ərazisindəki qeyri-azərbaycanlılarla müəyyən münasibətlər qurula bilər. Ancaq indi durum bu reallıqdan çox uzaqdır. Aydın Ağayev hesab edir ki, hələ ki, ermənilərdən Dağlıq Qarabağ münaqişəsinə, yaranmış duruma obyektiv, səmimi münasibət bəsləyənlər yoxdur: "Amma hələ keçən əsrin 90-cı illərində ermənilər arasındakı müəyyən siyasətçilər də tamamilə fərqli mövqe tutmuşdular. Ancaq elə şəxsləri Ermənistandakı indiki hakimiyyət ya siyasətdən uzaqlaşdırıb, ya da sıradan çıxarıb. Bu məqsədlə törədilən əməlləri də biz görmüşük. Ona görə də Ermənistan hakimiyyətiylə Dağlıq Qarabağdakı qondarma rejim arasında ziddiyyətlərin yaranması, Manvel Sarqsyanın səsləndirdiyi fikirlər qurama bir şey ola bilər. Hər halda proseslərin gələcəyini izləyək və görək ki, bu cür ziddiyyət dərinləşirmi?". İsrail ordusu BMT-nin Qəzzadakı qərargahını bombalayıb Dünən İsrail ordusu BMT-nin Qəzzadakı mənzil-qərargahını, yerli və xarici jurnalistlərin çalışdığı oteli və bir xəstəxananı bombalayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dinc sakinlərin gizləndiyi BMT binasının atəşə tutulması nəticəsində təşkilatın 3 əməkdaşı yaralanıb. Bəzi mənbələr binaya 3 fosforlu bombanın atıldığını xəbər veriblər. Jurnalistlərin qaldığı "Əl-Şüruk" otelinin bombalanması nəticəsində isə "Abu Dabi" televiziyasının əməkdaşı yaralanıb. 500 nəfərin müalicə olunduğu xəstəxana binasının vurulmasından sonra xəstəxanada yanğın başlayıb. Ölən və yaralananların olub-olmadığı hələlik bəlli deyil. Hazırda İsraildə olan BMT-nin baş katibi Pan Gi Mun hadisəyə etirazını bildirib. O, Qəzzada insan ölümlərinin dözülməz səviyyədə olduğunu deyib. Dünənki məlumatlara görə, İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlarda öldürülən fələstinlilərin sayı 1066 nəfərə çatıb. Dünən bombardmanlar zamanı uçmuş evin dağıntıları altından 15 nəfərin cəsədi çıxarılıb. Qəzza şəhərinin mərkəzinə doğru irəliləyən İsrail tankının evlərə açdığı atəş nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. Tankların irəlilədiyi bölgələrdə dinc sakinlər evləri tərk etməyə başlayıb. Bu gecə İsrail aviasiyası "Həmas"a məxsus 70-ə hədəfə zərbə endirib. Zərbələr nəticəsində çoxlu sayda yeraltı tunelin dağıdıldığı bildirilir. Qəzzanın Tel El Hava rayonunda "Həmas" döyüşçülərilə İsrail əsgərləri arasında döyüşlər davam edir. Dünən gecədən etibarən başlayan atışma zamanı 11 İsrail əsgərinin yaralandığı barədə məlumatlar var. HAMAS döyüşçüləri də İsrail ərazisinə raket zərbələri endirməkdə davam edir. Bu gecə İsrail ərazisinə 14 raket atılıb. Bununla da İsrailə endirilən raket zərbələrinin sayı 700-ü keçib. Müharibə Fələstinə 3 milyard dollar ziyan vurub İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində Fələstinə 3 milyard dollar ziyan dəyib. APA-nın məlumatına görə, bu rəqəmi açıqlayan Fələstinin Rusiyadakı səfiri Afif Safiya tezliklə yaradılacaq keçid hökumətinin ilk növbədə ölkəyə dəyən ziyanın aradan qaldırılması ilə məşğul olmasını vacib sayıb. Onun sözlərinə görə, yeni keçid hökumətinin qarşısında duran ikinci vacib məsələ beynəlxalq nəzarət altında parlament və prezident seçkiləri keçirməkdir. Seçkilərin nəticələrinə görə yeni koalisiya hökuməti qurulacaq. "Həmas" atəşkəs sazişini imzalamağa razılıq verib "Həmas" rəhbərliyi Misirin atəşkəs təklifini qəbul edib. APA-nın məlumatına görə, təklif atəşkəs elan olunmasını və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Məlumatı İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinos da təsdiqləyib. O bildirib ki, "Həmas" rəhbərliyi yaxın saatlarda öz mövqeyini rəsmi şəkildə açıqlayacaq. Misir rəhbərliyi hazırda İsrailin mövqeyinin açıqlanmasının lazım olduğunu bildirib.
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İran prezidentinin istefa verdiyi iddia olunur