Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
Rəsmi İrəvan AŞ PA-nın qış sesssiyası zamanı səsvermə hüququnun əlindən alınacağından təlaşa düşüb Ermənistan spikeri Avropa Şurasını şantaj etməyə cəhd göstərir Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Ermənistandakı vəziyyətin müzakirəsinin gündəliyə salınması rəsmi İrəvanı təlaşlandırıb. Bu narahatçılıq təsadüfi deyil. Ötən ilin mart ayında öz xalqını belə atəşə məruz qoyan, müxalifətin etiraz aksiyasını qan içində terrorçu Serj Sərkisyan rejimi ciddi təzyiqlərə məruz qalır. Məlumatlara görə, AŞ PA yanvarın 29-da Ermənistanın səs hüququnun ləğvi haqqında qərar verəcək Xatırladaq ki, ötən ilin dekabrın 17-də Parlament Assambleyasının monitorinq qrupu Ermənistanın AŞ PA-nın 1609 və 1620 saylı qətnamələrini yerinə yetirməsinin vəziyyəti haqqında hesabat layihəsini qəbul edib. Yeri gəlmişkən, AŞ PA-nın sözügedən qətnamələr prezidentliyə namizəd Levon Ter-Petrosyan seçkilərin nəticələrini qəbul etmədikdən, hakimiyyətin müxalifət mitinqini güllə-barana tutmasından, çoxsaylı insan ölümüylə nəticələnən proseslərdən sonra qəbul olunub. Bayram Monitorinq qrupu prezident seçkilərindən sonra qəbul olunmuş demokratiya, insan hüquqlarının və azadlıqlarının təmin olunması barədə iki qətnaməyə əməl etmədiyinə görə Ermənistanın səsvermə hüququnun əlindən alınması haqqında AŞ PA qarşısında məsələ qaldırıb. Qrupun hazırladığı qətnamə layihəsində Serj Sərkisyan rejiminin müxalifətçilərə qanlı divan tutması, siyasi məhbusların azadlığa buraxılmaması, mətbuat azadlığının boğulması və s. məsələlər əksini tapıb. Vəziyyət o qədər ciddidir ki, erməni parlamentinin spikeri Ovik Abramyan AŞ üzvü olan bütün ölkələrin parlament sədrlərinə məktub göndərib. Həmin ölkələrin nümayəndə heyətlərinin Ermənistanın səs hüququndan məhrum olunması haqqında qətnaməyə səs verməməyə çağırıb. Ovik Abramyan məktubunda AŞ PA-nın monitorinq qrupunun ötən ilin dekabrın 17-də qəbul etdiyi, Ermənistan nümayəndə heyətinin səs hüququnun əlindən alınması haqqında qətnamə layihəsinin ölkəsi üçün kifayət qədər neqativ təsirinin olacağını vurğulayır. Spikerin bildirir ki, belə qətnamə qəbul olunsa, bu Ermənistanın daxili sabitliyini təhlükə qarşısında qoyacaq. Belə ki, AŞ PA qətnaməsi hakimiyyətin bölünməsi prinsipinə əsaslanan dövlət strukturlarının bütövlüyünü pozaraq, məhkəmə proseslərinə müdaxilə etməyə imkan verəcək (Əslində bu fikirlər rəsmi İrəvanın AŞ PA-nı şantaj etmək niyyətini göstərir-red.). Spiker bildirib ki, təklif olunan sanksiya kifayət qədər sərtləşdirilib və PA-nın əvvəlki fəaliyyət formasına, davranışlarına uyğun deyil. Ovik Abramyan belə bir sanksiyanın ikili standart faktı olacağını, AŞ PA çərçivəsində əməkdaşlığın inkişafına yönəldilmiş ümumi məqsədlərin əleyhinə yönələcəyini qeyd edib. Erməni spikeri sanksiyanın tətbiqinin Ermənistan iqtisadiyyatına mənfi təsir göstərəcəyini, ölkədə xarici investorlara inamın azalacağını, qətnamənin qlobal iqtisadi böhran dövründə blokadada yaşayan ölkə üçün ədalətsiz qərar sayılacağını bildirib. Ümumiyyətlə, AŞPA-nın sərt mövqeyi Ermənistanın siyasi daiərələrində birmənalı qarşılanmır, qorxudan doğan və ya şantaj dolu bəyanatlar səsləndirilir. Ermənistan parlamentinin insan hüquqları komissiyasının üzvü Rafik Petrosyan deyib ki, AŞ PA səsvermə hüququnun əlindən alınması barədə qətnamə qəbul etsə, Ermənistanın öz hüquqlarının çeynəndiyini görüb AŞPA-dan çıxması istisna deyil. Onun sözlərinə görə Avropa Şurası ilə Ermənistan arasında bərabər hüquqlu münasibətlər əvəzinə qul-quldar münasibətləri formalaşır. Rafik Petrosyan bildirib ki, AŞ PA məruzəçiləri Con Preskort və Jorj Kolomb özləri Ermənistanda ciddi addımların atıldığını görüblər, amma müxalifətin iddialarını əsas götürüblər. Erməni deputat onu da deyib ki, AŞ PA ilə Rusiya arasında münasibətlər pisləşəndə belə onun strateji tərəfdaşı Ermənistan da əziyyət çəkir. "Varislik" faraksiyasının katibi Stepan Safaryan isə söyləyib ki, "Erməni nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınmasından Ermənistan-Avropa Birliyi münasibətləri, Dağlıq Qarabağ danışıqları zərər görəcək: "Hakimiyyət qısa müddət ərzində AŞ PA-nın bütün tələbləri yerinə yetirməsə, Ermənistanın səs hüquqununun əlindən alınması ehtimalı çoxdur. Ermənistan yalnız bütün tələbləri yerinə yetirdikdən sonra Avropa ailəsinə qayıda bilər". Parlament müxalifəti sanksiyanın aradan qaldırılması üçün hökumət qarşısında tələb irəli sürür. Hətta bəzi məlumatlara görə, Serj Sərkisyan hökuməti bu tələbləri nəzərə alsa, müxalifətçi deputatlar başqa ölkələrin AŞ PA-da təmsil olunan deputatları ilə danışıqlar aparacaqlar ki, sanksiya tətbiqi məsələsini qş sessiyasının gündəliyindən çıxarsınlar. Ümumerməni Milli Konqresinin beynəlxalq əlaqələr üzrə katibi Vladimir Karapetyan isə bildirib ki, AŞ PA-nın bütün tələblərinin yerinə yetirilməsi haqqında Ermənistan xarici işlər nazirinin açıqlaması düzgün deyil: "Hakimiyyət tələbləri yerinə yetirməyib və bunun nəticəsində Ermənistan nəzarət altında qalmaqda davam edir. Monitorinq komissiyası hakimiyyətin qələmə verdiyi kimi təklif irəli sürməyib, qərar qəbul edib. Həmin qərarda dəqiq göstərilir ki, əgər siyasi məhbuslar azadlığa buraxılmasa, AŞ PA-da müvafiq qətnamə qəbul olunacaq". Hakim Respublika Partiyasının sədr müavini Qalust Saakyan bir az irəli gedərək "Avropa Şurası üçün demokratiya deyil, neft qoxusu maraqlıdır" söyləyib. Onun sözlərinə görə AŞ ikili standartlardan çıxış edir: "Məsələn, Avropa Şurası Azərbaycanda keçiriləcək referendumla bağlı mövqe ortaya qoymur. Super dövlətlərin təzyiqi altında Gürcüstanda baş verənlərə münasibət bildirmir". Qalust Saakyanın sözlərinə görə Ermənistanın səsvermə hüququ əlindən alınmayacaq: "Əgər bu baş versə, onda Avropa Şurası yenilənməlidir". Dünən isə Ermənistan parlamentinin spikeri Ovik Abramyan Avropa Şurasının baş katibinin xüsusi nümayəndəsi Silgvio Zexe ilə görüşüb. Avropa Şurasıyla münasibətlərə toxunan spiker Monitorinq qrupunun İrəvana səfəri barədə danışıb və AŞ PA-nın 1609 və 1620 saylı qətnamələrinin yerinə yetirilməsinə toxunub. "Varislik" Partiyasının deputatı Armen Martirosyan isə bildirib ki, AŞPA-da səsvermə hüququnun əlindən alınması Ermənistanın regionda rəqabətə davamlı ölkə olmaq potensialına ciddi zərbə vuracaq: "Əgər "7 saylı iş" üzrə həbs olunmuş şəxslər azad olunmasa, Ermənistanın səsvermə hüqununu əlindən alan qətnamə AŞ PA-da qəbul olunacaq. Hakimiyyət həbsdəki siyasi məhbusları azadlığa buraxmalı və müxalifətlə ölkənin idarəetməsini müzakirə etməli, yeni seçkilər keçirməlidir. Əks halda, bu əyri qurulmuş sistem dağılacaq, onun altında təkcə Ermənistan vətəndaşları və müxalifət deyil, həm də hakimiyyət qalacaq".
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İran prezidentinin istefa verdiyi iddia olunur