SON XƏBƏRLƏR

Fransa erməniləri türklərə qarşı «təşəkkür» kampaniyası təşkil ediblər

2021.10.20, 07:36
Fransa erməniləri türklərə qarşı «təşəkkür» kampaniyası təşkil ediblər

Gunaz.tv
Fransa erməniləri türklərə qarşı «təşəkkür» kampaniyası təşkil ediblər fran_erm_16.jpg Kampaniyanı 21 erməni əsilli sənətçi təşkil edib Fransada yaşayan erməni əsilli sənətçilər Türkiyədə bir qrup ziyalı tərəfindən təşkil edilən «ermənilərdən üzr istəyirik» imza kampaniyasına cavab olaraq «təşəkkür» imza kampaniyası başladıblar. «Təşəkkürlər» başlığı altında keçirilən kampaniyanın mətnində belə yazılıb: «Bu təşəbbüsü başladan türk vətəndaşlarına təşəkkür edirik və təşəbbüsü dəstəkləyirik. Bunu bir ümid işarəsi və tarixi bir addım olaraq dəyərləndiririk». Kampaniyanı 21 erməni əsilli sənətçi təşkil edib. Xatırladaq ki, bir qrup türk ziyalısı qondarma erməni soyqırımını qəbul edərək internetdə «Ermənilərdən üzr istəyirik» imza kampaniyası başladıblar. Kampaniya Türkiyə hökuməti tərəfindən çox pis qarşılanıb. Bu kampnaiyaya cavab olaraq «Üzr gözləyirəm» və «üzr istəmirəm» adlı kampaniyalar keçirilir./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar