SON XƏBƏRLƏR

Corc Buş:«Kondoliza Raysı bacım hesab edirəm»

2021.10.20, 07:36
Corc Buş:«Kondoliza Raysı bacım hesab edirəm»

Gunaz.tv
Corc Buş:«Kondoliza Raysı bacım hesab edirəm» bush-rays-15-01-02.jpg ABŞ prezidentinin fikrincə, Kondoliza Rays Amerika tarixində ən böyük dövlət katiblərindən biri olub ABŞ prezidenti Corc Buş elan edib ki, Kondoliza Raysı özünə bacı hesab edir və onu ABŞ tarixində ən böyük dövlət katiblərindən biri sayır: «Məndən həmişə Kondi (Kondoliza Rays) barəsində soruşunlar və deyirəm ki, onu bacım hesab edirəm. Biz onunla çox şeylərdən keçmişik». Corc Buş bunu Dövlət Departamentinə vida ziyarəti zamanı deyib. Kondoliza Raysı «əla dost» adlandıran Ağ Ev rəhbəri bildirib ki, Kondoliza Rays lazım olan məqamlarda həm sərt, həm də valehedici ola bilir: «Tarix göstərəcək ki, Kondoliza Rays bizim ölkəmizdə nə vaxtsa fəaliyyət göstərmiş ən böyük dövlət katiblərindən biri olub». Qeyd edək ki, Corc Buş və Kondoliza Rays vəzifələrini yanvarın 20-də tərk edəcək. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar