SON XƏBƏRLƏR

İSRAİL QƏZZADA QİYAMƏT QOPARIR

2021.10.20, 07:36
İSRAİL QƏZZADA QİYAMƏT QOPARIR

Gunaz.tv
İSRAİL QƏZZADA QİYAMƏT QOPARIR Insanlar gecə paltarında qaçıblar Gəzza sektoru üzərinə hücumun 20-ci günündə İsrail tankları Gəzza şəhərinin mərkəzinə girib. Fələstinlilər gecə pijamaları ilə qaçmağa başlayıb. Türkiyə mətbuatının Fələstinli qaynaqlara istinadən yaydığı xəbərdə bildirilir ki, tankları görən camaat qorxuya düşərək başıpozuq halda şəhəri tərk edib. Yaşlı və əlil insanlar isə təkətli arabalarla canlarını qurtarmağa çalışıblar. İsrailin piyada qoşunlarına helikopterlər, tanklar ve ağır silahlı hərbi maşınlar dəstək verib. Müşahidəçilər İsrailin Gəzzanı “Həmas”dan təmizləməyi düşündüyünü bildirir və şəhər mərkəzində İsrail əsgərləri ilə “Həmas”lı militanlar arasında şiddətli döyüşlər olacağını gözləyirlər. Bu arada məlum olu ki, İsrail hərbçiləri Gəzzaya hücum edərkən BMT-nin yardım maşınini mərmi ilə vurublar. Olayda maşın sürücüsü yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar