SON XƏBƏRLƏR

““ERGENEKON”un BİR QOLU DA BAKIDADIR”

2021.10.20, 07:36
““ERGENEKON”un BİR QOLU DA BAKIDADIR”

Gunaz.tv
““ERGENEKON”un BİR QOLU DA BAKIDADIR” Türkiyə mediası yeni sensasion iddialar yaydı Təşkilatın içinə sızdırılmış Tuncay Güneyin videoifadələri Türkiyə gündəminə bomba kimi düşüb Türkiyədə İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Ergenekon” təşkilatını ilk dəfə ifşa edən adam kimi tanıdılan Tuncay Güneyin 2001-ci ildə polisə verdiyi ifadələr yayımlanıb. 4 DVD diskində yer alan ifadələr “Ergenekon” işi üzrə məhkəmə prosesinin davam etdiyi Silivridə ittiham olunanların vəkillərinin qaldırdığı vəsatət əsasında çoxaldılaraq müttəhimlərə və prosesi izləyən jurnalistlərə paylanıb. Dərhal bu disklərdəki ifadələrdən başlıqlar Türkiyə mediasında fləş xəbərlərə çevrilib və sensasiya kimi yayılıb. Tuncay Güney 2001-ci ildə fırıldaqçılıq ittihamı ilə həbs edilərkən şəxsən İstanbul polisinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin ovaxtkı rəhbəri Adil Sərdar Saçana verdiyi həmin ifadəsində deyib ki, “Ergenekon”un bir qolu da Azərbaycandadır. Bu, həmin Tuncay Güneydir ki, onun ifadələri əsasında general Vəli Kiçik də daxil olmaqla, bir çox nüfuzlu və tanınmış şəxs həbs edilib. Tuncay Güney keçmiş jurnalistdir, vaxtilə “Sabah” qəzetində işləyib, bu zaman müəyyən vasitələrlə Vəli Kiçiklə əlaqə qurub və özünün dediyinə görə onun yaxın çevrəsinə daxil olub. Hazırda Kanadada yaşayan Güneyin MİT-in agenti olması bu yaxınlarda üzə çıxıb, onun İsrail və Amerika kəşfiyyatına işlədiyi haqda da ciddi şübhələr var. Güneyin ifadələrindən mətbuatda verilən sətir başlıqlarına görə o deyib ki, general Vəli Kiçiyin İraqın şimalında xüsusi məktəbi olub. Vəli Kiçik guya Güneylə söhbətində Türkiyədə “Hizbullah” terror təşkilatını qurduğunu və bu təşkilatın rəhbəri Vəlioğlunun polisin apardığı əməliyyatlar zamanı ölmədiyini deyib. Həmçinin Güney onu da deyib ki, “Hizbullah” ordunun nəzarəti altında fəaliyyət göstərirdi. O deyib ki, Vəli Paşa pərdəarxası lider kimi qalmağı xoşlayırdı. “Ergenekon”a isə təkcə dövlətdən deyil, banklardan, iş adamlarından da dəstək gəlirdi. Güney ifadəsində “Ergenekon”un Azərbaycan, İran və Orta Şərqdə də qollarının olduğunu deyib. İfadəsində Güney deyir ki, “Ergenekon” milliyyətçilərin deyil, ABŞ-ın yaratdığı təşkilatdır. Bu təşkilat istər sağ, istər sol təmayüllü qüvvələr arasında təşkilatlanıb, hərbi, mülki qanadı var. Qeyd edək ki, “Ergenekon” istintaqını aparan prokurorlar bu şübhəli imicə malik, “mavi” oriyentasiyalı qaranlıq şəxsin az qala bütün iddialarını ciddiyə alaraq onun adını çəkdiyi adamları bir-birinin ardınca həbs edir. Baxmayaraq ki, Güney adlarını çəkdiyi şəxslərin cinayətlərinə dair heç bir ciddi dəlil ortaya qoymur. Məhz bu şəxsin iddiaları əsasında Türkiyə polisi Vəli Kiçik də daxil olmaqla, “Ergenekon” əməliyyatında həbs edilən bir çox şəxslərin Azərbaycanla telefon danışıqlarını, elektron poçt yazışmalarını izləyib. Bu günlərdə isə “Ergenekon” prokuroru Güneyə suallar göndərərək ondan Vəli Kiçiyin Azərbaycanla əlaqələri və prezident seçkilərindəki rolu haqda geniş məlumatlar istəmişdi. Dünən gecə yarısı Türkiyənin TRT-2 telekanalında bir verilişə canlı şəkildə qoşulan T.Güney bildirib ki, o, adından yayılan ifadələri işgəncə altında verib və orada yazılanları qəbul etmir. Mövzunun davamı olacaq. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar