SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD İSRAİL ƏSGƏRLƏRİNİ HƏRBİ ƏMRLƏRDƏN BOYUN QAÇIRMAĞA ÇAĞIRIB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD İSRAİL ƏSGƏRLƏRİNİ HƏRBİ ƏMRLƏRDƏN BOYUN QAÇIRMAĞA ÇAĞIRIB

Gunaz.tv
ƏHMƏDİNEJAD İSRAİL ƏSGƏRLƏRİNİ HƏRBİ ƏMRLƏRDƏN BOYUN QAÇIRMAĞA ÇAĞIRIB ahmedinejad.jpg Prezident Mahmud Əhmədinejad Qətərin «Əl-Cəzirə» və İranın ingilisdilli «Press TV» televiziyalarına müsahibəsində Qəzza zolağındakı qanlı qarşıdurmadan danışıb, İsrail sakinlərinə, bu ölkənin əsgərlərinə müraciət edib. İran İsraili dövlət kimi tanımadığından prezident müraciətində «işğal olunmuş ərazilərin sakinləri və əsgərləri» ifadəsini işlədib. «Media forum» saytının məlumatına görə, Əhmədinejad İsrail sakinlərini «Sionistlərin cinayətlərinə» etiraz bildirməyə çağırıb: «Ey işğal olunmuş ərazilərdə sionist rejiminin hegemonluğu altında yaşayan sakinlər! Hansı dindən və soydan - yəhudi, xristian və ya müsəlman - olursunuz olun, siz axı insansınız. Artıq sionist rejiminin rəhbərlərinə sual verməyin vaxtıdır. Onlardan soruşun nəyə görə Qəzza zolağının sakinləri ilə belə davranırlar? Niyə qırğın salıb günahsız insanları və uşaqları öldürürlər? Küçələrə axışıb aksiyalar düzənləyin və Allahdan xəbərsiz bu vəhşilərin törətdikləri cinayətlərə etiraz edin». Əhmədinejad İsrail əsgərlərini hərbi əmrlərdən boyun qaçırmağa çağırıb: «Ey sionist rejiminin əsgərləri! Sizə verilən qətliam əmrini yerinə yetirməkdən boyun qaçırın, günahsız insanları öldürməyin». Prezident Səudiyyə Ərəbistanı rəhbərliyinə də müraciət edərək Fələstin məsələsində gözləmə mövqeyi və susqunluğa son verməyi tələb edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar