SON XƏBƏRLƏR

Rusiya Ermənistana 800 milyon dollar dəyərində silah-sursat verməsi ilə bağlı Azərbaycanın sorğusunu cavablandırıb

2021.10.20, 07:36
Rusiya Ermənistana 800 milyon dollar dəyərində silah-sursat verməsi ilə bağlı Azərbaycanın sorğusunu cavablandırıb

Gunaz.tv
Rusiya Ermənistana 800 milyon dollar dəyərində silah-sursat verməsi ilə bağlı Azərbaycanın sorğusunu cavablandırıb xin.jpg Rusiya Ermənistana silah verməsi ilə bağlı Azərbaycanın sorğusunu cavablandırıb. Rusiyanın Bakıdakı səfiri Vasili İstratov yanvarın 14-də rəsmi Moskvanın cavabını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfirin təqdim etdiyi məlumatlarla tanış olan E. Məmmədyarov cavabı qənaətbəxş saymayıb. Nazir təklif edib ki, Rusiya tərəfindən Ermənistana silah verilməsi ilə bağlı məlumatlara dair daha dəqiq bilgi təqdim edilsin. Səfir Azərbaycan tərəfinin təklifini Rusiya tərəfinə çatdıracağını bildirib. Qeyd edək ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı bazasından Ermənistan Silahlı Qüvvələrinə 800 milyon ABŞ dolları dəyərində silah-sursat verilməsinə dair məlumatlar var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar