SON XƏBƏRLƏR

Ukrayna Rusiya qazının Avropaya tranzitindən növbəti dəfə imtina edib

2021.10.20, 07:36
Ukrayna Rusiya qazının Avropaya tranzitindən növbəti dəfə imtina edib

Gunaz.tv
Ukrayna Rusiya qazının Avropaya tranzitindən növbəti dəfə imtina edib qazpromo-1.jpg Kiyev-APA. “Qazprom” şirkəti Avropaya qaz nəqlinə dair növbəti sifarişi “Naftoqaz”a göndərsə də, rəsmi Kiyev qaz nəqlindən imtina edib. APA-nın məlumatına görə, Ukrayna tərəfi qaz nəqlinin dayandırılmasını sərhəd stansiyalarından mavi yanacağın qəbulu və təhvilinə dair texniki sazişin müddətinin bitməsi ilə əsaslandırıb. “Qazprom” şirkəti isə 10 il müddətinə imzalanan bu sazişin 2013-cü ilə kimi qüvvədə olduğunu və gətirilən səbəbin Ukrayna ərazisindən tranzit qaz nəqlinin dayandırılması üçün əsas olmadığını bildirir. Bundan başqa Rusiya tərəfi 2007-ci ildə belə bir sazişin mövcud olmadığını, lakin Ukrayna ərazisindən qaz nəqlinin sərbəst şəkildə həyata keçirildiyini qeyd edir: “Bu səbəbdən “Naftoqaz Ukrainı” şirkətindən Avropaya tranzit qaz nəqlinə dair öhdəlikləri yerinə yetirməsini tələb edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar