SON XƏBƏRLƏR

İran polisi səkkiz bəhaini həbs edib

2021.10.20, 07:36
İran polisi səkkiz bəhaini həbs edib

Gunaz.tv
İran polisi səkkiz bəhaini həbs edib İranın Kiş azad ticarət zonasının polisi Bəhai dinini təbliğ etdiklərinə görə səkkiz nəfəri həbs edib. İran polisinin mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında bildirilir ki, həbs olunanlar Kiş azad ticarət zonasında Bahai dinini təbliğ edirlərmiş. “Kiş azad ticarət zonasında bir qrup Bəhai dininin təbliğatçılarının fəaliyyəti haqda məlumat əldə olunduqdan sonra, təhlükəsizlik qüvvələri onların fəaliyyətini nəzarətə alıb. Əməliyyat nəticəsində onlar Kiş adasının bazarlarının birində həbs olunublar”, - deyə Kiş azad ticarət zonasının polis rəisi Süleyman Məlikzadə bildirib. Məlikzadə həbs olunanların sayının səkkiz olduğunu deyib. “Onların Kiş adasında qaldığı oteldə araşdırma aparılan zaman Bəhai dininin təbliği məqsədi ilə çap olunmuş kitablar aşkarlanıb”, - deyə Məlikzadə bildirib. Həbs olunan şəxslər ifadə verərkən onlara qarşı irəli sürülən ittihamı rədd edərək bildiriblər ki, Tehran sakinləridirlər və Kiş adasına turist kimi səfər ediblər. Həbs olunanların işi üzrə məhkəmə prosesi artıq başlayıb. Kiş adasının təhlükəsizlik orqanları məsələ ilə bağlı araşdırmalarını davam etdirir.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar