SON XƏBƏRLƏR

Əhmədinecat ərəb ölkələrini Qəzza hadisələrində tutduqları mövqeyə görə tənqid edib

2021.10.20, 07:36
Əhmədinecat ərəb ölkələrini Qəzza hadisələrində tutduqları mövqeyə görə tənqid edib

Gunaz.tv
Əhmədinecat ərəb ölkələrini Qəzza hadisələrində tutduqları mövqeyə görə tənqid edib Iran prezidenti Mahmud Əhmədinecat ərəb ölkələrini Qəzzada baş verən hadisələrə susduqları üçün tənqid edib. Əhmədinecat bildirib ki, bir neçə ərəb ölkəsi İsrailin Qəzzada hərbi əməliyyatlarına heç bir münasibət bildirmədi , hətta dəstəklədilər də. “Təəssüf ki bir neçə ərəb ölkəsi bu soyqırıma dəstək verir və ya dözüm göstərir”- Əhmədinecat Səudiyyə Ərəbistanı kralına məktubunda bildirib. Reuters ------------------------------------------------------------ Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında partlayış baş verib Səbail rayonundakı Dəniz küçəsində Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında təbii qazın sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumastına görə, nəticədə anbarın arakəsmə divarı dağılıb, oradakı əşyalar 4 kvm. sahədə yanıb. Partlayışdan xəsarət almış fəhlələr Əliyev İlham, Hacıməmmədov Lazer, Camalov Seyfəddin, İsmayılov İbad, Əliyev Ağası, Kazımov Samir, habelə şok vəziyyətində olan Əliyeva Mənsurə xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar