SON XƏBƏRLƏR

“SƏHƏR” TELEKANALI SABİR RÜSTƏMXANLINI TƏHQİR ETDİ

2021.10.20, 07:36
“SƏHƏR” TELEKANALI SABİR RÜSTƏMXANLINI TƏHQİR ETDİ

Gunaz.tv
“SƏHƏR” TELEKANALI SABİR RÜSTƏMXANLINI TƏHQİR ETDİ 6247.jpg İranın “Səhər” telekanalının Azərbaycanın bəzi bölgələrində maneəsiz yayımlanması davam edir. Gün ərzində 4 saatdan çox Azərbaycan türkcəsində yayımlanan kanalın “Kompas” analitik verilişində Azərbaycan dövləti əleyhinə təbliğat aparılır. Yanvarın 14-də efirə çıxan “Kompas”da Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı haqqında təhqiramiz fikirlər səslənib. Aparıcı S.Rüstəmxanlını “dırnaqarası şair” adlandıraraq onun DAK-a ayrılan pulları şəxsi məqsədləri üçün xərclədiyini, DAK-ın təməlinin isə yəhudi-sionist təşkilatları tərəfindən qoyulduğunu bildirib. Veriliş davam edərkən Azərbaycanın bəzi rayonlarının sakinləri ilə telefon bağlantısı yaradılıb, həmçinin Azərbaycandan telekanalın ünvanına SMS-lər göndərilib (APA). APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar