SON XƏBƏRLƏR

İRANDA AZƏRBAYCANLILARLA GƏLMƏ KÜRDLƏR ARASINDA DAVA DÜŞDÜ .

2021.10.20, 07:36
İRANDA AZƏRBAYCANLILARLA GƏLMƏ KÜRDLƏR ARASINDA DAVA DÜŞDÜ .

Gunaz.tv
İRANDA AZƏRBAYCANLILARLA GƏLMƏ KÜRDLƏR ARASINDA DAVA DÜŞDÜ Polis silah tətbiq edib, 20 nəfər yaralanıb 4713.jpg Güney Azərbaycanın Urmiya şəhərində yerli Azərbaycan türkləri ilə gəlmə kürdlər arasında qarşıdurma baş verib. Qızıl Xaniyə kəndi yaxınlığında tikinti materiallarının satış yerini açmış Hacı Abdullah adlı bir kürd yerli camaatın əkin yerlərindən qeyri-qanuni su xətti çəkərək onların su mənbələrini oğurlamağa başlayıb. Bu da narazılığa səbəb olub. İran polisi isə olaya müdaxilə edərək kənd əhalisinə hücum çəkib və qanuna qarşı çıxan gəlmə kürdü müdafiə edib. Hadisənin böyüdüyünü görən polislər xüsusi qüvvələri köməyə çağırıb. Onlar da əhaliyə atəş açıb. Nəticədə 20 nəfər yaralanıb. Hazırda onlardan 7-nin durumu çox ağırdır. Qanlı hadisə üzündən Səlmas-Urmiya magistralı bağlanıb. Olay İran mətbuatında işıqlandırılmayıb. Urmiyanın fəalları hadisənin açıqlığa çıxması üçün yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər. Xatırladaq ki, Güney Azərbaycanın qərb bölgəsində kürdlərin artması ərazini təhlükəli duruma salmaqdadır. Fars şovinistləri isə bu olaydan öz qazancları üçün yararlanır. PKK və PJAK kimi terror təşkilatının üzvləri bölgədə sərbəst hərəkət etməkdə və yerli hüquq-mühafizə, təhlükəsizlik orqanlarının gözü qarşısında təlim görməkdədir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar