SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ ÇİYNİNƏ QƏDƏR TORPAĞA BASDIRILIB DAŞQALAQ EDİLƏN KİŞİNİN EDAM YERİNDƏN QAÇDIĞI RƏSMƏN TƏSDİQLƏNİB

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ ÇİYNİNƏ QƏDƏR TORPAĞA BASDIRILIB DAŞQALAQ EDİLƏN KİŞİNİN EDAM YERİNDƏN QAÇDIĞI RƏSMƏN TƏSDİQLƏNİB

Gunaz.tv
ÇİYNİNƏ QƏDƏR TORPAĞA BASDIRILIB DAŞQALAQ EDİLƏN KİŞİNİN EDAM YERİNDƏN QAÇDIĞI RƏSMƏN TƏSDİQLƏNİB dashqalaqedenhakim.jpg İran Məhkəmə Sisteminin sözçüsü Əlirza Cəmşidi jurnalistlərə açıqlama verərək Məşhəddə zinada günahlandırılan şəxslərin daşqalaqla edam edilməsi xəbərini təsdiqləyib. Müxtəlif mənbələr üç həftə qabaq Məşhəddə üç kişinin daşqalaq edildiyini, ancaq çiyinlərinə qədər torpağa basdırılmış həmin şəxslərdən birinin çapalayıb çuxurdan çıxaraq qaçdığını yaymışdılar. «Media forum» saytının məlumatına görə, Ə.Cəmşidi müttəhimlərdən birinin daşqalaq çuxurundan çıxıb qaçdığını təsdiqləsə də, həmin şəxsin sonrakı taleyi barədə hər hansı bilgi verməyib. İslam Cəza Qanununa görə, çiyinlərinə və ya boynuna qədər torpağa basdırılaraq daşqalaq edilən şəxs oradan çıxa bilsə, edam hökmü ləğv edilməli və müttəhim bağışlanmalıdır. Yanvarın 13-də Avropa Birliyinin dönəm sədri olan Çex Respublikasının yaydığı bəyanatda İranda üç kişinin daşqalaq edilməsi kəskin pislənib: «Avropa Birliyi İranda insanların daşqalaqla edam olunmasını kəskin məhkum edir və İran rəsmilərindən bu zalım və qeyri-insani cəza növünü həmişəlik ləğv etməyi tələb edir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar