SON XƏBƏRLƏR

ARDNŞ-İN ANBARINDA PARTLAYIŞ BAŞ VERDI

2021.10.20, 07:36
ARDNŞ-İN ANBARINDA PARTLAYIŞ BAŞ VERDI

Gunaz.tv
ARDNŞ-İN ANBARINDA PARTLAYIŞ BAŞ VERDI 837.jpg Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, yanvarın 14-də saat 10.10 radələrində Səbayel rayonundakı Dəniz küçəsində Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında təbii qazın sızmasından partlayış baş verib. Nəticədə anbarın arakəsmə divarı dağılıb, oradakı əşyalar 4 kvm. sahədə yanıb. Partlayışdan xəsarət almış fəhlələr İlham Əliyev, Lazer Hacıməmmədov, Seyfəddin Camalov, İbad İsmayılov, Ağası Əliyev, Samir Kazımov, habelə şok vəziyyətində olan Mənsurə Əliyeva xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılir. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar