SON XƏBƏRLƏR

Şuşanın erməniləşdirilməsi üçün 118 min dollar

2021.10.20, 07:36
Şuşanın erməniləşdirilməsi üçün 118 min dollar

Gunaz.tv
Şuşanın erməniləşdirilməsi üçün 118 min dollar shusha-mescidi.jpg Məqsəd şəhərin ermənilərin dini-mədəni paytaxtına çevrilməsinə nail olmaqdır Ermənistan hökuməti 2009-cu ildə, Rusiya, ABŞ, İran, Fransa və digər dövlətlərdən topladığı ianələrin 118 min dollarını Şuşa şəhərinin erməniləşdirilməsinə xərcləyəcək. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatından APA-ya daxil olan məlumata görə, burada məqsəd Şuşa şəhərinin ermənilərin dini-mədəni paytaxtına çevrilməsinə nail olmaqdır. Buna görə də, Ermənistan hökuməti Rusiya, İran, ABŞ və Fransanın maliyyə təşkilatlarından əldə etdiyi vəsaitin bir qismini “Şuşi” fonduna yönəldərək, bu fondun təşkilatçılığı ilə ermənilərin işğalı altında olan Şuşa şəhərindəki 17-19 əsrlərə aid 220-dən çox ictimai, mədəni, tarixi binaları və tarixi elmi baxımdan əhəmiyyətli olan yaşayış evlərinin, 500-dən çox tarix mədəniyyət və memarlıq abidələrinin ermənilərə məxsus olması barədə təbliğat kampaniyasına başlayıb. Qeyd olunan vəsait Şuşa şəhərindəki ictimai-mədəni tarixi əhəmiyyəti olan memarlıq abidələrinin və yaşayış binalarının inşaat planları, fotoşəkilləri və xəritələr də daxil olmaqla, kitab çapına, “Şuşa və Artsax 12-19 əsrlərdə” adlı kitabın çapına, Şuşanın və Qarabağın tarixini Ermənistanın Dövlət Arxivlərində araşdırmağa, Şuşa ətrafındakı mağaraların öyrənilməsinə, Ermənilərin “Qarabağ uğurunda mübarizə” mövzusunda seçilmiş əsərlərdən ibarət kitabın birinci cildinin çapına, “Şuşa mədəniyyətinin” öyrənilməsi məqsədi ilə yaradılması nəzərdə tutulan Mədəniyyət Mərkəzinin təşkilinə, Moskva və Sankt-Peterburq şəhərlərindəki Dövlət arxivlərindən Şuşa şəhəri haqqında materialların əldə edilməsinə, Şuşanın növbəti il üçün mədəni tədbirlər iş planının hazırlanmasına xərclənəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar