SON XƏBƏRLƏR

23 yaşlı azərbaycanlı Gürcüstanda nazir müşaviri oldu

2021.10.20, 07:36
23 yaşlı azərbaycanlı Gürcüstanda nazir müşaviri oldu

Gunaz.tv
23 yaşlı azərbaycanlı Gürcüstanda nazir müşaviri oldu gurcustan-azerbaycan.jpg Qardabani rayonu Qara Təhlə kənd sakini Savalan Mirzə oğlu Mirzəyev Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvilinin müşaviri təyin edilib. APA-nın Gürcüstan bürosunun məlumata görə, 1986-cı il təvəllüdlü S. Mirzəyev 2007-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, bu vəzifəyə təyin olunmamışdan əvvəl Qardabani Rayon İcra Hakimiyyətinin Aparat rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, yaxın günlərdə soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərində yeni müşavirin ofisi açılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar