SON XƏBƏRLƏR

Türkiyə yenidən Ermənistanla danışıqlara başlayıb

2021.10.20, 07:36
Türkiyə yenidən Ermənistanla danışıqlara başlayıb

Gunaz.tv
Türkiyə yenidən Ermənistanla danışıqlara başlayıb abdullah_gul_irevanda.jpg Rəsmi Ankaranın ermənilərin qondarma soyqırımı günü kimi qəbul etdikləri 24 aprelə kimi Ermənistanla danışıqlardan yekun nəticə almaq istədiyi bildirilir Türkiyə prezidenti Abdulla Gülün İrəvana səfərindən sonra Türkiyə ilə Ermənistan arasında yenidən danışıqlar aparılır. ANS PRESS-in CNNTürk televiziyasına istinadən verdiyi xəbərə görə, Türkiyə, ermənilərin qondarma soyqırımı günü kimi qəbul etdikləri 24 aprelə kimi Ermənistanla danışıqlardan yekun nəticə almaq istəyir. Buna görə də rəsmi İrəvanla danşıqlar yenidən başlanıb. Qarşı tərəfin istəyinə uyğun olaraq danışıqların gizli aparıldığı qeyd olunur. İki ölkə arasındakı görüşlər, yeni il tətilinin başa çatmasından sonra yanvarın 5-də yenidən start götürüb. Ən yüksək səviyyədə danışıqların davam etdirildiyini bildirən mənbələr, nəticə əldə olunması üçün danışıqların davam etdirildiyini bildiriblər. Xatırladaq ki, ötən ilin sentyabr ayının 6-da İrəvanda Türkiyə və Ermənistanın futbol üzrə milli komandaları arasında görüş keçirilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Türkiyə prezidenti Abdulla Gül də Ermənistana gedərək futbol matçını seyr etmişdi. Daha sonra Abdulla Gül Serj Sarkisyanı Türkiyədə keçiriləcək cavab oyuna birgə baxmağa dəvət etmişdi. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar